Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1627/2023 29.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 02 dekabr 2020-ci il tarixli, AKT 201878 sayl aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi rayonnun Hindarx qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Onların yaşadığı ünvanda elektrik sayğacı onun adına rəsmiləşdirilmişdir. Hər ay sayğacdakı enerji sərfiyyatına görə enerji pulunu vaxtlı - vaxtında ödəmiş və heç bir borcu olmamışdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya sayğacın giriş və çıxış naqillərini kəsərək elektrik enerjisindən birbaşa istifadə etməsi ilə bağlı yazılmışdır. Sayğacın yoxlanılması barədə 02 dekabr 2020-ci il tarixli, AKT 201878 saylı akt tərtib edilmiş və tərtib olunmuş akta əsasən ona 699 manat 15 qəpik məbləğində enerji sərfiyyatına görə cərimə yazılmışdır. Onun barəsində "xxxx" ASC-nin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş aktda göstərilir ki, guya elektrik sayğacın giriş və çıxış naqillərini kəsərək elektrik enerjisindən birbaşa istifadə etməsi faktı aşkar olunmuşdur. Onun adına qərəzçiliklə heç bir hüquqi əsası olmadan 699 manat 15 qəpik məbləğində cərimə yazıblar. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də "xxxx" ASC -ti tərəfindən onun adına tərtib olunmuş 02 dekabr 2020-ci il tarixli, AKT 201878 saylı aktın və bununla əlaqədar yazılmış cərimənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək elektrik sayğacının ona məxsus fərdi yaşayış evinə quraşdırılarkən elektrik xəttinin sayğaca gəlib çatmadığı üçün sayğacın yerləşdirilməsi tam başa çatmamasını, o, hər ay sərfiyata görə ödənişi nəzarətçiyə verməsini, 02 dekabr 2020-ci il tarixli akta əsasən hesablanmış 699 manat 15 qəpik məbləğində cərimədən 258 manat 15 qəpik məbləğində ödəniş etdiyini bildirib, məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi . Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə iddiaya qarşı etiraz göndərərək göstərmişdir ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayan İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı İddiaçı istifadəsində olan elektrik sayğacının giriş və çıxış naqillərini kəsərək elektrik sayğacından kənar birbaşa elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar olunmuş və bu isə «EEİQ-nın 8,32-ci, həmçinin «EQQQ-nın İ-V bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermasa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı 02 dekabr 2020-ci il tarixli, AKT R 201878 saylı akt tərtib edilərək 1,25 kvt x 24 saat x (0,7) x 365 gün = 7665 kvts tarif (-3600 kvts x 0,07 man. = 252,00 man). tarif (-4065 kvts x 0,11 man. = 447,15 man). cəmi 699,15 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 7665 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmiş və əsaslı olaraq qanuni akt tərtib edilmişdir. "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 02 dekabr 2020-ci il tarixli, AKT R 201878 saylı aktın ləğv edilməsi və hesablanmış debitor borcunun silinməsi tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 02 dekabr 2020-ci il tarixli, AKT R 201878 saylı aktda göstərilir ki, İddiaçı adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, elektrik sayğacının giriş və çıxış naqilləri kəsilərək elektrik sayğacından kənar birbaşa elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulmadan istifadə olunur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı elektrik sayğacının giriş və çıxış naqillərinin kəsilərək elektrik enerjisindən birbaşa istifadə edilməsi aşkar olunsada sayğaca nə o, nədə ki, ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində … hüquqi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəində göstərilir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı adına məxsus olan fərdi yaşayış evinin sayğacına tərtib olunmuş 02 dekabr 2020ci il tarixli, AKT R 201878 saylı aktı düzgün yazılıb, lakin itirilən enerjiyə görə 699 manat 15 qəpik məbləğində cərimə yüksək yazıldığı üçün qismən silinməli, akta uyğun olaraq hesablanmış uzun müddətə deyil, itirilmiş enerjiyə görə 441 manat 15 qəpik məbləğində cərimə saxlanılmalı və 258 manat 15 qəpik silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 02 dekabr 2020-ci il tarixli, AKT R 201878 nömrəli akta əsasən hesablanmış 699 manat 15 qəpik cərimədən 258 manat 15 qəpik məbləğində hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1627/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1627/2023
29.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver