Məhkəmə qərarları › İş №2(017)-1637/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1637/2024

11.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1637/2024 11.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 may 2020-ci tarixdə vəfat etmiş mərhum əri X3 miras qalmış VAZ-21099 minik markalı, sedan tipli ** ED *** qeydiyyat nişanlı avtomobilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum X7 ilə 06 may 2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Mərhum əri X12 09 may 2020-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra ondan miras qalmış VAZ-21099 minik markalı, sedan tipli ** ED *** qeydiyyat nişanlı avtomobil Ağcabədi rayonu Avşar kəndində yaşadığı ünvanda qalmış, miras əmlakı kimi onun və qaynatasının nəzarətində olmuşdur. Lakin əri Hazırda həmin mirasa vərəsəlik qaydasında adına rəsmiləşdirmək üçün o, Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, onun vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddətin buraxılması göstərilərək Ağcabədi regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 31 iyul 1198 saylı məktubu ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq mərhum əri X3 miras qalmış VAZ-21099 minik markalı, sedan tipli ** ED *** qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahat verərək göstərdi ki, İddiaçı onun gəlini, mərhum X12 isə oğludur. Mərhum oğlu Əlağa Rəfiyev xx.xx.2020-ci il tarixdə vəfat etmiş və oğlu X3 VAZ-21099 minik markalı, sedan tipli ** ED *** qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Əlağa Rəfiyevdən miras qalmış avtomobilin Camalənin mülkiyyətinə verilməsinə nə onun nədə ailə üzvlərinin heç bir etirazları yoxdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli arayışdan görünür ki, X5 ilə X6 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin suərtindən görünür ki, X5 ilə X1 birgə nikahlarından X8 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin suərtindən görünür ki, X5 ilə X1 birgə nikahlarından X9 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 may 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21099 minik markalı, **-ED-*** dövlət qeydiyyat nişanı sedan avtomobil X4 mülkiyyətində olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 31 iyul 2024-cü il tarixli, 1198 saylı məktubundan görünür ki, iddiaçı Rəhimova X2 Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək əri X4 09 may 2020-ci il tarixdə vəfat etdiyini, ondan qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçının və şahidin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İş materialları ilə müəyyən edilmişdir ki, X7 09 may 2020-ci il tarixdə vəfat etmiş və ondan VAZ-21099 minik markalı, sedan tipli ** ED *** qeydiyyat nişanlı avtomobil miras qalmışdır. İddiaçı həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddəti keçirdiyindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək 09 may 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış VAZ-21099 minik markalı, sedan tipli ** ED *** qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 09 may 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış buraxılış ili 1994, rəngi yaş asfalt, VAZ-21099 minik markalı, sedan tipli ** ED *** qeydiyyat nişanlı avtomobilə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar