Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1644/2024 29.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X25, iddiaçılar İddiaçı1 və İddiaçı7 iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, Quliyeva (Sadıqova) Zeynab Qasım qızının cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, Quliyeva (Sadıqova) Zeynab Qasım qızı cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddia tələbini dəqiqləşdirərək verdiyi izahatında göstərdi ki, qeydiyyatda olmaqla Ağcabədi rayonunun Gələbədin kəndində yaşayır. Ailə üzvlərinə məxsus Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən 4,3804 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Qeyd olunan çıxarışda adları olan –atası İddiaçı1 xx.xx.1997-ci il tarixdə, anası X26 xx.xx.2014-cü il tarixdə, X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. X3 nikaha girməmiş, uşağı olmamışdır. Onlardan qalan mirasda vərəsələrin paylarının müəyyən edilməsinə dair notariusa müraciət etmiş, lakin notarius tərəfindən Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras qoyanlarla ölənə kimi bir yerdə yaşamışlar, torpaq sahələri qonşu ərazidə yerləşmiş, bir yerdə əkib biçmişlər. Onlar öləndən sonra da həmin torpaqlardan vərəsələri istifadə etmişdir. Miras qoyanlar İddiaçı1 və X17 birinci dərəcəli vərəsələri, eyni zamanda miras qoyan – X6 ikinci dərəcəli vərəsələri - İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, X12 və X13r. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ona çatası pay birinci dərəcəli vərəsələri - İddiaçı7, İddiaçı4, İddiaçı5 və Quliyeva (Sadıqova) Zeynab Qasım qızına çatmalıdır. Ona görə də İddiaçı1, X26 və X4 miras qalmış əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı4, İddiaçı5 və Quliyeva (Sadıqova) Zeynab Qasım qızının nümayəndəsi İddiaçı7 da iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, atası X18 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun birinci dərəcəli vərəsələri-İddiaçı7, İddiaçı4, İddiaçı5 və Quliyeva (Sadıqova) Zeynab Qasım qızıdır. Atasına çatası miras pay onlara çatmalıdır. Cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına cavabdehlər və onların nümayəndələri gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Gələbədin kəndi ərazisində yerləşən 4,3804 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X20, X26, X11, Cavabdeh3 və X16 məxsus olmuşdur. İş materiallarında olan AZ-İİ 328539 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 649229 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 911949 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 195332 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid xx.xx.2023-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2024-cü il tarixli 90, 91 və 92 nömrəli məktublarının surətindən görünür ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş X14, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X17 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəlik işi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə notariat ofisinə olunmuş müraciətlə əlaqədar qeyd olunmuşdur ki, Mülki Məcəlləsinin 291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 149 nömrəli arayışdan görünür ki, mərhum X19 xx.xx.1997-ci il tarixdə vəfat etmiş, vərəsələri – arvadı X26 (ölüb), qızı İddiaçı3, oğlu X18 (ölüb), oğlu İddiaçı1, qızı X11 (ölüb), qızı X12, qızı İddiaçı2, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2dur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 181 nömrəli arayışdan görünür ki, mərhum X26 xx.xx.2014-cü il tarixdə vəfat etmiş, vərəsələri – qızı İddiaçı3, oğlu X18 (ölüb), oğlu İddiaçı1, qızı X11 (ölüb), qızı X12, qızı İddiaçı2, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2dur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 182 nömrəli arayışdan görünür ki, mərhum X11 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, vərəsələri –bacısı İddiaçı3, qardaşı X18 (ölüb), qardaşı İddiaçı1, bacısı X12, bacısı İddiaçı2, qardaşı Cavabdeh3 və qardaşı Cavabdeh2dur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Gələbədin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2024-cü il tarixli 196 nömrəli arayışdan görünür ki, mərhum X18 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, vərəsələri –arvadı İddiaçı4, İddiaçı5, oğlu İddiaçı7 və qızı İddiaçı6dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, daşınmaz əmlakın reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Ağcabədi rayonunun Gələbədin kəndi ərazisində yerləşən 4,3804 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, X20, X26, X11, Cavabdeh3 və X16 məxsus olmuşdur. X20 xx.xx.1997-ci il tarixdə, X26 xx.xx.2014-cü il tarixdə, X11 xx.xx.2018-ci il tarixdə, X18 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X7 aid xx.xx.2023-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.1997-ci il tarixdə vəfat etmiş X14, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X17 və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 vərəsəlik işi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə notariat ofisinə olunmuş müraciət olunmuş, Mülki Məcəlləsinin 291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. X2 qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri – arvadı X26 (ölüb), qızı İddiaçı3, oğlu X18 (ölüb), oğlu İddiaçı1, qızı X11 (ölüb), qızı X12, qızı İddiaçı2, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2, mərhum X17 qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri - qızı İddiaçı3, oğlu X18 (ölüb), oğlu İddiaçı1, qızı X11 (ölüb), qızı X12, qızı İddiaçı2, oğlu Cavabdeh3 və oğlu Cavabdeh2, mərhum X6 qanun üzrə bərabər pay hüquqlu ikinci dərəcəli vərəsələri - bacısı İddiaçı3, qardaşı X18 (ölüb), qardaşı İddiaçı1, bacısı X12, bacısı İddiaçı2, qardaşı Cavabdeh3 və qardaşı Cavabdeh2, mərhum X10 qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri –arvadı İddiaçı4, İddiaçı5, oğlu İddiaçı7 və qızı İddiaçı6dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və iddiaçıların izahatına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbinə əsasən, X5, X26 və X6 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, X12 və mərhum X10 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan - daşınmaz əmlakın reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Ağcabədi rayonunun Gələbədin kəndi ərazisində yerləşən 4,3804 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 2,1902 ha hissəsindən – İddiaçı1 4/28 pay, İddiaçı2 4/28 pay, İddiaçı3 4/28 pay, Cavabdeh2 4/28 pay, Cavabdeh3 4/28 pay, X8 4/28 pay və X15 4/28 pay müəyyən olunmalı, mərhum X15 çatası 4/28 paydan qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri - İddiaçı7 1/28 pay, İddiaçı4 1/28 pay, İddiaçı5 1/28 pay, Quliyeva (Sadıqova) Zeynab Qasım qızına 1/28 pay müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X5, X26 və X6 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2, Cavabdeh3, X12 və mərhum X10 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan daşınmaz əmlakın reyestr nömrəsi **********77, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən Ağcabədi rayonunun Gələbədin kəndi ərazisində yerləşən 4,3804 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 2,1902 ha hissəsindən – İddiaçı1 4/28 pay, İddiaçı2 4/28 pay, İddiaçı3 4/28 pay, Cavabdeh2 4/28 pay, Cavabdeh3 4/28 pay, X8 4/28 pay və X15 4/28 pay müəyyən edilsin; mərhum X15 çatası 4/28 paydan qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri - İddiaçı7 1/28 pay, İddiaçı4 1/28 pay, İddiaçı5 1/28 pay, Quliyeva (Sadıqova) Zeynab Qasım qızına 1/28 pay müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1644/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1644/2024
29.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver