Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1673/2024 17.10.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1976-cı il tarixli 280 nömrəli kolxozçunun əmək kitabçasının ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.1949cu il tarixdə Əsgəran rayonunun Xanabad kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1974-cü ildə Xanabad kəndində yerləşən Stepanyan adına kolxozun fermasında çoban kimi fəaliyyətə başlamış, 1989-cu ilə kimi həmin kolxozda işləmiş, Qarabağ hadisələri başlananda ailəsi ilə birlikdə Ağcabədi rayonuna köçmüşdür. Təxminən 10 il olar yaşa görə pensiya alır. Hazırda yaşa görə ona təyin olunmuş pensiya kəsilmişdir. Pensiyasının kəsilməsinə səbəb kimi əmək kitabçasında adının düzgün yazılmadığı göstərilmişdir. Əmək kitabçasında texniki səhv olaraq adı “Ərizəçi” əvəzinə “X6 oqlu” kimi yazılmışdır. Yuxarıda adı çəkilən kolxozda çoban işləməsini həmin vaxt onunla işləmiş çoban yoldaşları da təsdiq edə bilərlər. xx.xx.1976-cı il tarixli 280 nömrəli kolxozçunun əmək kitabçasında qeyd edilən “X6 oqlu” ilə “Ərizəçi”nun eyni şəxs olmasını nəzərə alıb həmin əmək kitabçasının ona məxsus olması faktının müəyyən olunması pensiya işinin həll olunması üçün lazımdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, xidməti yoxlama zamanı pensiya işində olan və sığorta stajına daxil edilmiş dövrlərin qeyd olunduğu kolxozçunun əmək kitabçasının Ərizəçi aid olmadığı müəyyən edilmişdir. Nəticə də Ərizəçi xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək pensiyası üzrə ödənilmiş məbləğ əsassız ödənilmiş məbləğ hesab edilmişdir. Ona görə də Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, xx.xx.1957-ci il tarixdə Ağdam rayonunun Novruzlu kəndində anadan olub, hazırda Xocalı rayonunun Cəmilli kəndində qeydiyyatdadır. 1965-ci ildən ailəsi ilə birlikdə köçüb Əsgəran rayonunun Xanabad kəndində yaşamışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra Xanabad kəndində yerləşən Stepanyan adına kolxozun fermasında çoban kimi fəaliyyətə başlamış, 1989-cu ilə kimi həmin kolxozda işləmiş, Qarabağ hadisələri başlananda ailəsi ilə birlikdə oradan çıxmışlar. Kolxozda işlədiyi dövrdə Ərizəçi da onunla birlikdə çoban işləmişdir. Ərizəçi həmin kolxozda bir neçə il ondan əvvəl əmək fəaliyyətinə başlamışdır. Kolxozda işlədiyi dövrdə onun da adına əmək kitabçası yazılmışdır. Həmin əmək kitabçasının surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid X1 şahid X2 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1976-cı il tarixli 280 nömrəli kolxozçunun əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, kolxozçunun əmək kitabçası №280, familiyası –“Firiev”, adı-“Alisamon”, atasının adı-“Djabar”, anadan olduğu il -1949, sənəti-“çoban”, kolxoz üzlüyünə daxil olduğu il-1974, əmək kitabçasının doldurulması tarixi -xx.xx.1976, kolxozda-“N.Stepanyan”, kənd soveti –“Xanabad”, rayonu- “Stepanakert”, vilayət, respublika-“Az.SSR. NKAO”, işə dair məlumat -1974-1989 illər üzrə müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və Vİ-jq 464501 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1949-cu il tarixdə Əsgəran rayonunun Xanabad kəndində anadan olmuşdur. Hazırda Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Qiyaməddinli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 425 nömrəli arayışdan görünür ki, Ərizəçi adı əmək kitabçasında səhv qeyd olunmuşdur. Kolxozçunun əmək kitabçasında göstərilmiş “X6 oqlu” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi” eyni şəxsdir. İş materiallarında olan Vİ-jq 464501 nömrəli doğum haqqında şəhadətnamənin, İİİ-jq 400116 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin, həmçinin xx.xx.1976-cı il tarixli 280 nömrəli kolxozçunun əmək kitabçasının surətindən görünür ki, həmin adı çəkilən sənədlər “kiril” əlifbası ilə rus dilində tərtib olunmuş və təsdiq edilmişdir. Beləliklə, xx.xx.1976-cı il tarixli 280 nömrəli kolxozçunun əmək kitabçasının Ərizəçi məxsus olması ərizəçinin izahatı, şahidlərin ifadəsi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1976-cı il tarixli 280 nömrəli kolxozçunun əmək kitabçasının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1976-cı il tarixli 280 nömrəli kolxozçunun əmək kitabçasının Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1673/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1673/2024
17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver