Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1770/2025 20.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktların ləğv edilməsi və hesablanmış cərimələrin silinməsi tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktların ləğv edilməsi və hesablanmış cərimələrin silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun adına olan elektrik sayğacına tərtib edilmiş 14 avqust 2017-ci il tarixli, 010532 saylı akt üzrə 665,28 manat məbləğində cərimənin, 31 avqust 2018-ci il tarixli, 101250 saylı akt üzrə 762,30 manat məblğində cərimənin və 16 sentyabr 2020-ci il tarixli 019753 saylı akt üzrə 1310,76 manat məbləğində cərimələrin silinməsi və aktların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində 14 avqust 2017-ci il tarixli, 010532 saylı akt ın, 31 avqust 2018-ci il tarixli, 101250 saylı aktın və 16 sentyabr 2020-ci il tarixli 019753 saylı aktın ləğv edilməsi və həmin aktlar üzrə hesablanmış cərimələrin silinməsi xahiş olunsa da, 14 avqust 2017-ci il tarixli, 010532 saylı akt iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 152.1.5-ci maddəsində göstərilir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinin qarşı aktların ləğv edilməsi və hesablanmış cərimələrin silinməsi tələbinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.2, 152.1.1, 152.4, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktların ləğv edilməsi və hesablanmış cərimələrin silinməsi tələbi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddianın qaytarılmasına səbəb olmuş nöqsan aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1770/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1770/2025
20.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver