Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1774/2025 28.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi arvadı Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı iddia oğluzəsi ilə məhkəməyə müraciət edərək 02 noyabr 1984-cü tarixdə vəfat etmiş mərhum atası X4 miras qalmış ünvan 1 ünvanında həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi arvadı Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun əridir. Əri Rüstəm xəstə olduğu üçün məhkəmə iclasına gələ bilməmişdir. X2 onun qaynatasıdır. Qaynatası Əlişdən miras olaraq ünvan 1 ünvanında həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi qalmışdır. X8 02 noyabr 1984-cü il tarixdə vəfat etmiş Ağcabədi şəhərində dəfin edilmişdir. Həyat yoldaşı Rüstəm mirasa vərəsəlik qaydasında adına rəsmiləşdirmək üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Lakin, onun vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddətin buraxılması göstərilərək Ağcabədi regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 13 may 2025-ci il tarixli, 744 saylı məktubu ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq mərhum qaynatası X4 miras qalmış ünvan 1 ünvanında həyətyanı torpaq sahəsi və fərdi yaşayış evinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə məktub ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 Şəxs 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 mülkiyyətində Ağcabədi şəhəri, Zülfü Adıgözəlov küçəsi giriş 40-da 0.037 ha torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Arxiv arayışdan görünür ki, X5 adına 0.04 hektar torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 iyul 2022-ci il tarixli girovun qoyulması barədə aktdan görünür ki, X1 götürdüyü kreditə qarşılıq olaraq ümumi çəkisi 106.30 qram qızıl-zinət əşyalarını girov qoymuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 avqust 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 noyabr 1984-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 13 may 2024-cü il tarixli, 744 saylı məktubundan görünür ki, iddiaçı Cəfərov X6 Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə oğluzə ilə müraciət edərək oğlu X5 02 noyabr 1984-cü il tarixdə vəfat etdiyini, ondan qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətloğlunin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İş materialları ilə müəyyən edilmişdir ki, X7 02 noyabr 1984-cü il tarixdə vəfat etmiş və onun adından Turanbank ASC-də qızıl-zinət əşyaları girov qalmışdır. İddiaçı həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddəti keçirdiyindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərinn təqdim etdiklləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək 02 noyabr 1984-cü il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddəloğluni rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 02 noyabr 1984-cü il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1774/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1774/2025
28.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver