Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1775/2023 06.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur və sayğac mərhum əri X3 adına olmuşdur. Təbii qazdan istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi qaza görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh təşkilat əməkdaşları 10 aprel 2023-cü tarixdə heç bir əsas olmadan və ona heç bir məlumat vermədən mərhum ərinin adına akt tərtib etmişlər. Əsas kimi qaz sayğacına kənar müdaxilə olunduğu göstərilmişdir. Halbuki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Onun sayğaca müdaxiləsi ilə əlaqədar qarşı tərəf məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də iddianın təmin edilərək 10 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, akt əsasında hesablanmış 1555,20 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azəriqaz” İB-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən tərtib edilən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçının evində quraşdırılmış ******* nömrəli sayğacın növbədənkənar dövlət yoxlaması üçün çıxarılmış və yerinə **********6 nömrəli yeni sayğac quraşdırılmışdır. Sayğacın çıxarılma səbəbi - əvəzetmə kimi qeyd olunmuşdur. İş materiallarında əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, “Azəriqaz” İB-nin Ağcabədi Xidmət sahəsinin nümayəndələri tərəfindən istehlakçının evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi müəyyən edilmişdir. İstehlakçı akta imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş X8 İstismar İdarəsinin rəisi A.Muxtarov tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-3741-1 nömrəli aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi müəyyən edilmişdir. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 12960 kub metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin, sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2023-cü il üzrə X3 qazdan istifadə borcu, 2023-cü ilin mart ayında akt üzrə 1555,20 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında AB 135472 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı xx.xx.1970-ci il tarixdə nikahlarını bağlamışlar. Nikahdan sonra qadına Hacıyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi iddiaçının sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsildiyi aşkar olunduqdan sonra istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən: -Qaz sayğacının nominal qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, yəni 6 x 24 x 90 = 12960 kub.metr x 0,12 manat = 1555,20 manat məbləğində hesablanmışdır. Qeyd etmək lazımdır ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Bu da istehlakçının və onun ailəsinin maddi vəziyyətini həddən artıq ağırlaşdırmaqla yanaşı, həmçinin ailəni çətin duruma salmışdır. Aparılmış hesabat istehlakçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsinə adekvat olmamışdır. Ona görə də məhkəmə itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfiyyatının 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün götürülməsini ağlabatan və məntiqli hesab edir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iş üzrə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, istehlakçı təbii qazdan istifadə etmiş, lakin vaxtlı-vaxtında da qazdan istifadəyə görə pulunu ödəyə bilməmiş, borcu yaranmışdır. Bu səbəbdən istehlakçı sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etmiş, yoxlama zamanı nəzarətçilər tərəfindən sayğaca müdaxilə aşkar edilərək, istehlakçı barəsində akt tərtib olunmuş, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabat aparılarkən itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün götürülməlidir. Belə olan halda istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabat: -Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün qəbul edilməklə, yəni 4 x 4 x 30 = 480 kub.metr x 0,12 manat = 57,6 manat məbləğində hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək istehlakçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1555,20 manat borcun 1497,60 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İB X8 İstismar İdarəsinin Ağcabədi Xidmət sahəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında **********00950 nömrəli abonentə (X4) hesablanmış 1555,20 manat borcun 1497,60 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1775/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1775/2023
06.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver