Məhkəmə qərarları › İş №2(017)-1784/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1784/2024

06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1784/2024 06.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və Ərizəçi iştirakı ilə Ərizəçi uşağın atanın himayəsində olması (atanın yanında qalması) faktının müəyyən edilməsinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi uşağın atanın himayəsində olması (atanın yanında qalması) faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında göstərdi ki, X2 ilə xx.xx.2011-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirərək ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2012-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən X2 ilə aralarında olan nikah pozulmuşdur. Həmin vaxtdan xx.xx.2012-ci il tarixdə doğulmuş X5 onun himayəsində qalmışdır. X2 onunla boşandıqdan sonra ayrı bir şəxslə ailə həyatı qurmuşdur. Uşağın onun himayəsində qalması faktı müəyyən olunmadığı üçün imkansız ailələr üçün nəzərdə tutulmuş sosial müavinətlərdən istifadə edə bilmir. Hazırda uşaq onun yanında qalır, onun saxlanması və tərbiyəsi ilə də özü məşğul olur. Uşağın təlim-tərbiyəsi, sağlamlığı və qayğısına qalması hamısı onun üzərinə düşmüşdür. Oğlunun onun, yəni atasının yanında qalması faktının müəyyən olunması müavinət və yardımların alınması üçün ona lazımdır. Ona görə də X3 onun himayəsində olması (atanın yanında qalması) faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA4767558 nömrəli şəxsiyyət vəsiqəsinin və AZ-İİ 893300 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası X1r. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Ərizəçi ilə X2 arasında olan nikah pozulmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 102 nömrəli arayışdan görünür ki, Ərizəçi ilə X2 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar, onların nikahlarından xx.xx.2012-ci il tarixdə Tunar adlı övladları olmuşdur. Nikah pozulmuş, X5 atası Ərizəçi himayəsində qalmışdır. Hal-hazırda X5 atası ilə birlikdə Ağcabədi rayonunun Mehrablı kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş X5 hal-hazırda atası Ərizəçi himayəsində (yanında) qalır. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də X3 atası Ərizəçi yanında qalması barədə fakt müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2012-ci il tarixdə doğulmuş X5 atası Ərizəçi himayəsində (yanında) qalması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar