Məhkəmə qərarları › İş №2(017)-1786/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1786/2024

19.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1786/2024 19.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsinə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxılması xx.xx.2024-cü il tarixə saat 09:30-a təyin edilmiş və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Tərəflər gəlmədiyinə görə işin baxılması xx.xx.2024cü il tarixə, saat 11-30-a təxirə salınmışdır. Tərəflər gəlmədiyinə görə işin baxılması xx.xx.2024-cü il tarixə, saat 12-30-a təxirə salınmışdır. Lakin tərəflər həmin tarixdə də məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar