Məhkəmə qərarları › İş №2(017)-1808/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1808/2025

22.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1808/2025 22.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 və İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X15 Xidmət Mərkəzində notariat ofisinə qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X15 Xidmət Mərkəzində notariat ofisinə qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 271 Yeni qaydalarla: AZ0404, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, giriş 383 ünvanında yerləşən 0,1576 ha yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 131,4 kv.metr olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında onun, X8, X9 və mərhum X3nın mülkiyyətindədir. X3 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Anasından miras qalmış əmlak faktiki olaraq qardaşı Cavabdeh2 və onun tərəfindən qəbul olunmuş və idarə olunur. İş üzrə digər cavabdehlərqanun üzrə birinci növbə vərəsələr isə əmlakı faktiki olaraq qəbul etməmişlər. Miras əmlakla bağlı qardaşı Cavabdeh2 ilə aralarında mübahisə mövcuddur. Anasından qalmış miras əmlakla bağlı birinci növbəli vərəsə kimi Ağcabədi Regional “Asan Xidmət” mərkəzinə müraciət etmiş, xx.xx.2024-cü il tarixli məktubla ona cavab verdilər ki, anasından qalmış miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında ixtilaf olduğundan miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etsin. Ataları mərhum X7 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edəndə onun sağ olan vərəsələri: özü -İddiaçı, qardaş və bacıları-Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9dur. X1 qalmış miras əmlak faktiki olaraq qardaşı Cavabdeh2 və onun tərəfindən qəbul olunmuşdur. Ona görə də mərhum X5 miras qalmış əmlak üzərində qanun üzrə vərəsəlik qaydasında payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və X15 Xidmət Mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan olunmuş daşınmaz əmlakın reyestr nömrəsi **********74-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 271 Yeni qaydalarla: AZ0404, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, giriş 383 ünvanında yerləşən 0,1576 ha yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 131,4 kv.metr olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X10, X13 və X11 məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş AZ-İ 209578 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş AZ 139303 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli 1440 nömrəli arayışından görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X4 və xx.xx.2006cı il tarixdə vəfat etmiş X6 vərəsələri: İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9dur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2024-cü il tarixli 1568 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X6 vərəsəlik işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə notariat ofisinə olunmuş müraciətlə əlaqədar qeyd olunmuşdur ki, Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, daşınmaz əmlakın reyestr nömrəsi **********74-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 271 Yeni qaydalarla: AZ0404, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, giriş 383 ünvanında yerləşən 0,1576 ha yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 131,4 kv.metr olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X10, X13 və X11 məxsusdur. xx.xx.2006-cı il tarixdə vəfat etmiş X6 vərəsəlik işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə notariat ofisinə olunmuş müraciətə baxılmış, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Miras qoyan X6 bərabər pay hüquqlu birinci növbədə vərəsələri: İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9dur. X5 qalmış miras əmlak faktiki olaraq vərəsələrdən İddiaçı və Cavabdeh2 tərəfindən qəbul olunmuşdur. Digər vərəsələr tərəfindən mirasın qəbulu ilə bağlı nə notariusa müraciət olunmuş, nədə faktiki olaraq miras qəbul edilmişdir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras xx.xx.2006-cı il tarixdə açıldığından və mirasla əlaqədar mübahisə həmin tarixdən sonra yarandığından həmin mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsə ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. “G.Qəhrəmanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X2 vəfatından sonra vərəsələr İddiaçı və Cavabdeh2 X5 miras qalmış Ağcabədi şəhəri, yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 271 Yeni qaydalarla: AZ0404, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, giriş 383-də yerləşən 0,1182 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,0591 ha hissəsini faktiki qəbul edərək miras əmlakın idarəçiliyini həyata keçirmişlər. Bununla da, həmin vərəsələr miras əmlakı faktiki qəbul etmişlər. Digər vərəsələr valideynlərinin yaşadığı dövrdə ailə həyatı quraraq başqa ünvanlara köçmüş və hazırda da orada yaşayırlar. Onlar yalnız hüzr mərasimlərində iştirak etməsi isə həmin miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi kimi qəbul edilə bilməz. Həmçinin həmin vərəsələr və yaxud onların nümayəndələri də miras əmlakı faktiki sahiblik etmələri və faktiki idarə etmələri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və tərəflərin izahatına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbinə əsasən, X2 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı və Cavabdeh2 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla miras əmlakdan – daşınmaz əmlakın reyestr nömrəsi **********74-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 271 Yeni qaydalarla: AZ0404, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, giriş 383 ünvanında yerləşən 0,1576 ha yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 131,4 kv.metr olan fərdi yaşayış evinin mirasın kütləsinə daxil olan ¼ hissəsindən - İddiaçı 1/2 pay və Cavabdeh2 1/2 pay müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı və Cavabdeh2 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla miras əmlakdan - daşınmaz əmlakın reyestr nömrəsi **********74-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 271 Yeni qaydalarla: AZ0404, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, giriş 383 ünvanında yerləşən 0,1576 ha yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 131,4 kv.metr olan fərdi yaşayış evinin mirasın kütləsinə daxil olan ¼ hissəsindən - İddiaçı 1/2 pay və Cavabdeh2 1/2 pay müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar