Məhkəmə qərarları › İş №2(017)-1832/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1832/2023

24.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1832/2023 24.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 13 sentyabr 2002-ci il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında göstərdi ki, qızı X4 13 sentyabr 2002ci ildə Ağcabədi rayon, Qaradolaq kəndində anadan olmuşdur. Qızı Fatimə anadangəlmə əqli geriliklə doğulmuş ilə doğulmuş və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında psixo-nevroloji kabinetdə qeydiyyata alınmışdır. Fatiməni uşaqlıqdan özü saxlamış və hazırda onun himayəsindədir. Qızı Fatimənin iflic xəstəsi olması ilə əlaqədar 27 fevral 2023-cü ildən İ-ci qrup ömürlük əlillik təyin edilmişdir. Fatimə öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. Belə ki, qızı Fatimə onun köməkliyi olmadan özünü idarə edə, özü qidalana bilmir. Buna görə də, qızı Fatimənin üzərində qəyyum təyin edilməsi ilə bağlı Maraqlı şəxsnə müraiət etmiş, lakin İcra Hakimiyyəti ona Anarın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Fatimənin üzərində qəyyum təyin ediləcəyi bildirilmişdir. Buna görə də, 13 sentyabr 2002-ci il təvvəllüdlü müddətsiz birinci qrup əlil olan qızı X2 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X7 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 onun məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktının çıxarışdan görünür ki, X4 “Ağır dərəcəli əqli gerilik. Davranış pozuntusu və nitq quüsuru ilə” diaqnozu ilə müddətsiz İ-ci qrup əlildir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 29 sentyabr 2023-cü il tarixli 2754 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. X3 müəyyən edilən ağır dərəcəli əqli gerilik onun məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 13 sentyabr 2002-ci il təvəllüdlü, “Ağır dərəcəli əqli gerilik. Davranış pozuntusu və nitq quüsuru ilə” diaqnazu ilə İ-ci qrup ömürlük əlil olan X4 anadangəlmə uşaq serebral iflici xəstliyi ilə doğulmuş, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında psixo-nevroloji kabinetdə qeydiyyata alınmış və ona ağır dərəcəli əqli gerilik. Davranış pozuntusu və nitq quüsuru ilə xəstəsi olması ilə əlaqədar İ-ci qrup ömürlük əlillik təyin edilmişdir. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 29 sentyabr 2023-cü il tarixli 2754 saylı rəyi ilə müəyyən edilmişdir ki, X3 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməklə 13 sentyabr 2002-ci ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 13 sentyabr 2002-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 13 sentyabr 2002-ci il tarixdə anadan olmuş X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar