Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-187/2024 23.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional «ASAN XİDMƏT» Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası tələbinə dair mülki işə Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional «ASAN XİDMƏT» Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra mülki işin məhkəmə iclası 23 yanvar 2024-cü il tarixə saat 14:30-a Ağcabədi Rayon Məhkəməsinin binasına təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağcabədi Regional «ASAN XİDMƏT» Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər turaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Ağcabədi Regional «ASAN XİDMƏT» Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-187/2024
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-187/2024
23.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver