Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-188/2024 16.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi oğlu Nümayəndə Astənəli oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 04 avqust 2021-ci il tarixli, AKT R 024044 saylı aktın ləğv edilməsi və hesablanmış 670 manat 20 qəpik məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən ev ona məxsusdur və elektrik sayğacı onun adınadır. Elektrik enerjisindən istifadə olunmadığı üçün onun heç bir borcu olmamışdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən 04 avqust 2021-ci il tarixdə onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya abonent tərəfindən elektrik sayğacının sxemindən kənar faza xətti daxil edilmişdir. Sayğacın yoxlanılması barədə 04 avqust 2021-ci il tarixdə AKT R 024044 saylı akt tərtib etmiş və tərtib olunmuş akta əsasən onun adına 670 manat 20 qəpik məbləğində enerji sərfiyyatına görə cərimə yazılmışdır. Akt yazılan vaxtı nə onun və nədə ki, ailə üzvlərinin iştirakı olmamışdır. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də "xxxx" ASC -ti tərəfindən onun adına tərtib olunmuş 04 avqust 2021-ci il tarixli, AKT R 024044 saylı aktın və bununla əlaqədar yazılmış cərimənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi oğlu Nümayəndə Astan oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, atası Astan Rüstəmovun adına olan elektrik sayğacı ünvan 1 evdə quraşdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən 04 avqust 2021-ci il tarixdə onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya abonent tərəfindən elektrik sayğacının sxemindən kənar faza xətti daxil edilmişdir. Əslində isə həmin sayğaca heç bir müdaxilə olunmamışdır. İddianı gec verməsinə səbəb ağır xəstələrinin olması olmuşdur. Nə onun və nədə ki, ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Ona görə məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə iddiaya qarşı etiraz göndərərək göstərmişdir ki, ünvan 1 evdə yaşayan İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı İddiaçı istifadəsində olan elektrik sayğacının giriş və çıxış naqillərini kəsərək elektrik sayğacından kənar birbaşa elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar olunmuş və bu isə «EEİQ-nın 8,32-ci, həmçinin «EQQQ-nın İ-V bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermasa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı 04 avqust 2021-ci il tarixli, AKT R 024044 saylı akt tərtib edilərək 1,21 kvt x 24 saat x (0,7) x 365 gün = 7420 kvts tarif (-3650 kvts x 0,07 man. = 255,50 man). tarif (-3770 kvts x 0,11 man. = 414,70 man). cəmi 670,20 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 7419 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmiş və əsaslı olaraq qanuni akt tərtib edilmişdir. "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 04 avqust 2021-ci il tarixli, AKT R 024044 saylı aktın ləğv edilməsi və hesablanmış debitor borcunun silinməsi tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1936-cı il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 04 avqust 2021-ci il tarixli, AKT R 024044 saylı aktdan görünür ki, İddiaçı adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın kənar xəttdən istifadə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, elektrik sayğacının sxemindən kənar faza xətti daxil edilməsi aşkar olunsada sayğaca nə o, nədə ki, ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində … hüquqi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəində göstərilir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı adına məxsus olan fərdi yaşayış evinin sayğacına tərtib olunmuş 04 avqust 2021-ci il tarixli, AKT R 024044 saylı aktı düzgün yazılıb, lakin itirilən enerjiyə görə 670 manat 20 qəpik məbləğində cərimə yüksək yazıldığı üçün qismən silinməli, akta uyğun olaraq hesablanmış uzun müddətə deyil, itirilmiş enerjiyə görə 255 manat 50 qəpik məbləğində cərimə saxlanılmalı və 414 manat 70 qəpik silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 04 avqust 2021-ci il tarixli, AKT R 024044 nömrəli akta əsasən hesablanmış 670 manat 20 qəpik cərimədən 414 manat 82 qəpik məbləğində hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-188/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-188/2024
16.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver