Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-189/2024 23.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli, 032952 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 979,25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, İddiaçı onun qızıdır. İddiaçı Mamedova X4 şəhərində yaşayır və evinə quraşdırılan işıq sayğacı iddiaçının adınadır. Qazı Gültac ailəsindən ayrıldığı üçün onun evində yaşayır və ayda 2-3 gün öz evində qalır. 19 iyul 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi elektrik şöbəsinin işçiləri tərəfindən X1 etmək üçün quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən X1 qaydalarının pozulması halı aşkar etdikləri üçün akt tərtib etmişlər. Sayğaca baxış keçirilərkən və akt tərtib edilərkən qızının məlumatı olmamışdır və həmçinin də cərimənin hansı pozuntuya görə yazılmasını da bilmirlər. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Ağcabədi Elektrik şəbəkəsi tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli, 032952 saylı aktın və həmin akta əsasən hesablanmış ziyanın ləğv edilməsi barədə iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə edilmiş “X1 Qaydaları”nın tələblərinə əsasən Ağcabədi rayon ərazisində yerləşən iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə Ağcabədi EŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman iddiaçının elektik sayğacının giriş və çıxış faza xətlərinin eyni yuvada cəmlənərək sayğac dövriyyədən kənarlaşdırılmışdır. Bu hal video çəkiliş vasitəsi ilə də çəkilmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş “X1 Qaydaları”nın pozulması haqqında 19 iyul 2023-cü il tarixli, 032952 saylı aktdan görünür ki, X1 qaydalarına uyğun olaraq İddiaçı mənzilinə quraşdırılmış “PAUD HPİD” tipli elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının giriş və çıxış faza xətləri, eyni zamanda sayğacın giriş faza yuvasında cənlənən sayğacı dövriyədən ayırdıqda kənar xətdən axan yük aşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən (saldodan) görünür ki, abonent İddiaçı (abonent kodu: **********51709) itirilmiş enerji dəyəri kimi ümumilikdə 979,25 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Məhkəmədə işin araşdırılan halları müəyyən edilir ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmı elektik sayğacının giriş və çıxış faza xətlərinin eyni yuvada cəmlənərək sayğac dövriyyədən kənarlaşdırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin izahatından başqa, iddia tələbinin əsasında duran aktın və həmin akt əsasında hesablanmış borcun ləğv edilməli olduğunu təsdiq edə biləcək hər hansı bir sübut növü məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsinin izahatı isə özü-özlüyündə sübut növü kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə həmin izahatı təsdiq edə biləcək, izahatla yanaşı yoxlanılmalı və qiymətləndirilməli hər hansı sübut növü məhkəmədə təsdiqini tapmamışdır. Buradan da göründüyü kimi, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin təqdim etdiyi DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoçəkilişdə göründüyü kimi, iddiaçıya məxsus evdə elektik sayğacının giriş və çıxış faza xətlərinin eyni yuvada cəmlənərək sayğac dövriyyədən kənarlaşdırılmışdır. Ampermaşa vasitəsi ilə sayğacdan axan yük ölçülmüş və sayğacdan axan yük müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı barəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli, 032952 saylı akt və həmin akta əsasən iddiaçının abonent hesabına əlavə edilmiş borc əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməli, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 iyul 2023-cü il tarixli, 032952 saylı aktının ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına (abonent kodu: **********51709) əlavə edilmiş borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli, 032952 saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 979,25 manat borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-189/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-189/2024
23.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver