Məhkəmə qərarları › İş №2(017)-192/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-192/2023

09.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-192/2023 09.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur. Sayğacın abunə kodu öz adına qeydə alınmışdır. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan istehlakçının evdə olmadığı vaxtda heç kimə məlumat vermədən onun barəsində xx.xx.2022-ci il tarixli 172484 nömrəli akt əsasında 282,00 manat, xx.xx.2021-ci il tarixli 188122 nömrəli akt əsasında 56,42 manat, xx.xx.2021-ci il tarixli 227086 nömrəli akt əsasında 624,00 manat və xx.xx.2021-ci il tarixli 227268 nömrəli akt əsasında isə 85,78 manat borc yazmışdır. Həmin aktların yazılmasında istehlakçının iştirakı təmin olunmamışdır. İstehlakçının barəsində yazılmış aktlarda göstərilmişdir ki, guya abonent elektrik sayğacının giriş xəttinin şəbəkədən açıq olmasını, mənzili qidalandıran naqillərin şəbəkəyə birbaşa birləşdirməklə elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Aktların tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq aktlar tərtib olunmuşdur. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı onun barəsində yazılmış aktların tarixlərini yanlış göstərmişdir. Əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədi ilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Ağcabədi rayon Avşar kəndində İddiaçı məxsus fərdi yaşayış evinin enerji təchizatı sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı onlar həmin yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsini aşkar etmişlər. Bu isə "EEİQ" 8.32-ci, həmçinin "EQQQ"nin 1-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə ona: 188122 nömrəli akt əsasında 0,40 kvt x 24 saat 0,7 x 120 gün = 806 kvts x 0,07 man = 56,42 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 806 kvts itirilmiş elektrik enerjisinin dəyərini; 227086 nömrəli akt əsasında 1,14 kvt x 24 saat 0,7 x 365 gün = 6990,48 kvts (3340 kvts x 0,11 man = 367,40 manat, 3650 kvts x 0,07 man = 255,50 manat) cəmi 622,9 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 6990,48 kvts itirilmiş elektrik enerjisinin dəyərini; 227268 nömrəli akt əsasında 0,99 kvt x 24 saat 0,7 x 60 gün = 998 kvts (398 kvts x 0,11 manat = 43,78 manat, 600 kvts x 0,07 manat = 42,00 manat) cəmi 85,78 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 998 kvts itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. İddiaçı onun barəsində xx.xx.2022-ci il tarixli 172484 nömrəli akt əsasında 282,00 manat borc hesablanmasını və həmin borcun silinməsini də xahiş etmişdir. Halbuki həmin akt üzrə artıq Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mövcuddur və həmin akt üzrə iddiaçıya 1135,09 manat məbləğində borc hesablanmışdır. Ona görə də iddiaçı barəsində tərtib olunmuş aktlar mövcud qaydaların tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktların ləğv edilməsinə və borcun silinməsinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 188122 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00438 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 227086 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00438 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 227268 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00438 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00438 olan İddiaçı Ağcabədi rayonunun Avşar kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona xx.xx.2020-ci il tarixli 188122 nömrəli, xx.xx.2021-ci tarixli 227086 nömrəli və xx.xx.2021-ci il tarixli 227268 nömrəli aktlara əsasən cəmi 765,10 manat məbləğində sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2020-ci il tarixli 172484 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1135,09 manat məbləğində borcun silinməsi” tələbinə dair iddiası təmin edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2020-ci il tarixli 172484 nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1135,09 manat məbləğində borcun silinməsi” tələbinə dair iddiası təmin edilmişdir. Eyni akt üzrə iddiaçı 282 manat borcun silinməsini tələb edir. Halbuki, 172484 nömrəli akt üzrə iddiaçıya 282 manat borc hesablanmamışdır. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixli 188122 nömrəli, xx.xx.2021-ci tarixli 227086 nömrəli və xx.xx.2021-ci il tarixli 227268 nömrəli aktlar tərtib olunmuşdur. Aktlar tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00438 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacdan kənar əlavə xətt vasitəsilə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən 172484 nömrəli akt üzrə iddiaçıya 282 manat borc hesablanmamışdır. Həmin akt üzrə 1135,09 manat məbləğində borcun silinməsi barədə qətnamə mövcuddur. Qaldı ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2020-ci il tarixli 188122 nömrəli, xx.xx.2021-ci tarixli 227086 nömrəli və xx.xx.2021-ci il tarixli 227268 nömrəli aktlar əsasında isə hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət müvafiq olaraq aktlar üzrə 120, 365 və 60 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 120, 365 və 60 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki: xx.xx.2020-ci il tarixli 188122 nömrəli akt əsasında 1,7 kvt x 24 saat 0,7 x 30 gün = 856,8 kvts x 0,07 man = 59,97 manat; xx.xx.2021-ci il tarixli 227086 nömrəli akt əsasında 1,7 kvt x 24 saat 0,7 x 30 gün = 856,8 kvts x 0,11 man = 94,25 manat; xx.xx.2021-ci il tarixli 227268 nömrəli akt əsasında 1,14 kvt x 24 saat 0,7 x 30 gün = 574,56 kvts x 0,11 manat = 63,20 manat) cəmi 217,42 manat hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00438 abunəçiyə xx.xx.2020-ci il tarixli 188122 nömrəli akt əsasında 59,97 manat; xx.xx.2021-ci il tarixli 227086 nömrəli akt əsasında 94,25 manat; xx.xx.2021-ci il tarixli 227268 nömrəli akt əsasında 63,20 manat ümumilikdə cəmi 217,42 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq həmin 3 akt üzrə hesablanmış ümumilikdə cəmi 765,10 manatın 547,68 manat (765,10 manat – 217,42 manat) hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00438 olan abunəçiyə (İddiaçı) xx.xx.2020-ci il tarixli 188122 nömrəli, xx.xx.2021-ci il tarixli 227086 nömrəli və xx.xx.2021-ci il tarixli 227268 nömrəli aktlara əsasən hesablanmış 765,10 manat sərfiyyatın 547,68 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar