Məhkəmə qərarları › İş №2(017)-1972/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1972/2025

25.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1972/2025 25.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayır. Həmişə istifadə etdikləri təbii qazın pulu vaxtında ödənmiş və bununla bağlı borc olmamışdır. Hər ayın sonunda nəzarətçi gəlib sayğaca baxış keçirərək bildiriş vermiş, həmin bildiriş əsasında işlənmiş təbii qazın pulu ödənmişdir. Cavabdeh təşkilat onu xx.xx.2023-cü il tarixli akt əsasında 803,52 manat və xx.xx.2024-cü il tarixli akt əsasında 3006,72 manat məbləğində cərimə etmiş, əsas kimi qaz sayğacına kənar müdaxilə olunduğu göstərilmişdir. Halbuki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Onun sayğaca müdaxiləsi ilə əlaqədar qarşı tərəf məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də iddianın təmin edilərək xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, ******* aktların ləğv edilməsi, aktlar əsasında hesablanmış 803,52 manat və 3006,72 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azəriqaz” İB-nin nümayəndəsi X4 məhkəməyə etiraz qeydləri göndərərək bildirmidir ki, Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G4 smart tipli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zaman sayğacdan kənar sayğacın giriş borusundan rezin boru ilə qoşularaq üzərinə quraşdırılmış qaz tənzimləyici qurğusuna birləşdirərək qeyri-qanuni istifadə etmişdir. İddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto və video çəkiliş aparılmışdır. Qeyd olunan faktı abonentin iştirakı ilə birliyin iştirakçıları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək təsdiq edilmişdir. İddiaçı qeyri-qanuni qazdan istifadəyə görə 6696 kub.m, yəni 803,52 manat itirilmiş qaz hesablanmışdır. Növbəti dəfə Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G4 smart tipli qaz sayğacına xx.xx.2024-cü il tarixdə baxış keçirilən zaman təkrarən eyni üsulla sayğacdan kənar sayğacın giriş borusundan rezin boru ilə qoşularaq üzərinə quraşdırılmış qaz tənzimləyici qurğusuna birləşdirərək qeyri-qanuni istifadə etmişdir. İddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto və video çəkiliş aparılmışdır. Qeyd olunan faktı abonentin iştirakı ilə birliyin iştirakçıları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək təsdiq edilmişdir. İddiaçı qeyri-qanuni qazdan istifadəyə görə 25056 kub.m, yəni 3006,72 manat itirilmiş qaz hesablanmışdır. Bu dəfə abonent 11 ay ərzində smart sayğaca ödəniş etməmiş və qeyri-qanuni qazdan istifadə etmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Azəriqaz” İB-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin Ağcabədi Xidmət sahəsinin nümayəndələri tərəfindən istehlakçının evində quraşdırılmış sayğaca baxış keçirilən zaman qeyri-qanuni olaraq tənzimləyicinin üst hissəsindən rezin boru birləşməsi edərək təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. İstehlakçı akta imza etməkdən imtina etmişdir. İş materiallarında əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin Ağcabədi Xidmət sahəsinin nümayəndələri tərəfindən istehlakçının evində quraşdırılmış sayğaca baxış keçirilən zaman qanuni olaraq giriş hissəyə rezin boru birləşməsi edərək təbii qazdan istifadə etdiyi müəyyən edilmişdir. İstehlakçı akta imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş X6 İstismar İdarəsinin rəisi A.Muxtarov tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadəsi aşkar edilmişdir. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 6696 kub.metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin, sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilir. İş materiallarına əlavə edilmiş X6 İstismar İdarəsinin rəisi E.Bayramov tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə qaydalarının” tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadəsi aşkar edilmişdir. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 25056 kub.metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin, sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2023-cü və 2024cü illər üzrə İddiaçı qazdan istifadə borcu, 2023-cü ilin dekabr ayında akt üzrə 803,52 manat və 2024-cü ilin dekabr ayında akt üzrə 3006,72 manat məbləğində borcu vardır. Göründüyü kimi xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə iddiaçının sayğacdan kənar xətdən istifadə aşkar olunduqdan sonra istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən: -Qaz sayğacının nominal qaz sərfi 0,8 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə, yəni 8 x 12 x 360 = 3456 kub, 1,5 x 12 x 180 = 3240 kub.metr, 6696 x 0,12 manat = 803,52 manat məbləğində hesablanmışdır. Qeyd etmək lazımdır ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfi 8 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün götürülmüşdür. xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə iddiaçının sayğacdan kənar xəttdən istifadə aşkar olunduqdan sonra istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən: -Qaz sayğacının nominal qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün qəbul edilməklə, yəni 1,2 x 12 x 360 = 5184 kub.metr, 2,8 x 12 x 180 = 6048 kub, 3,2 x 12 x 360 = 13824 kub, 25056 x 0,12 manat = 3006,72 manat məbləğində hesablanmışdır. Qeyd etmək lazımdır ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün götürülmüşdür. Bu da istehlakçının və onun ailəsinin maddi vəziyyətini həddən artıq ağırlaşdırmaqla yanaşı, həmçinin ailəni çətin duruma salmışdır. Aparılmış hesabat istehlakçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsinə adekvat olmamışdır. Ona görə də məhkəmə itirilmiş qazın bərpası üçün aparılmış hər iki hesabatda istehlakçının hər gün üçün qaz sərfiyyatının 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün götürülməsini ağlabatan və məntiqli hesab edir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iş üzrə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, istehlakçı təbii qazdan istifadə etmiş, lakin vaxtlı-vaxtında da qazdan istifadəyə görə pulunu ödəyə bilməmiş, borcu yaranmışdır. Bu səbəbdən istehlakçı sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etmiş, yoxlama zamanı nəzarətçilər tərəfindən sayğaca müdaxilə aşkar edilərək, istehlakçı barəsində akt tərtib olunmuş, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabat aparılarkən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 8 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün və xx.xx.2024cü il tarixli ******* nömrəli akt üzrə itirilmiş qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün götürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2024-cü il tarixdə ******* nömrəli aktlar əsasında itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün götürülməlidir. Belə olan halda istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabat: xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün qəbul edilməklə, yəni 4 x 4 x 30 = 480 kub.metr x 0,12 manat = 57,6 manat məbləğində hesablanmalıdır. xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə qaz sayğacının nominal qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün qəbul edilməklə, yəni 6 x 4 x 30 = 480 kub.metr x 0,12 manat = 57,6 manat məbləğində hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək istehlakçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar əsasında **********04120 nömrəli abonentə (İddiaçı) hesablanmış 803,52 manat borcun 745,92 manat hissəsi və 3006,72 manat borcun 2949,12 manat hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB X6 İstismar İdarəsinin Ağcabədi Xidmət sahəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar əsasında **********04120 nömrəli abonentə (İddiaçı) hesablanmış 803,52 manat borcun 745,92 manat hissəsi və 3006,72 manat borcun isə 2949,12 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar