Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-20/2023 25.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı və onun vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadəyə yaranmış maneələrin aradan qaldırılması və dəymiş ziyanın bərpa edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadəyə yaranmış maneələrin aradan qaldırılması və dəymiş ziyanın bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirərək izahatında göstərdi ki, Cavabdeh onun doğma qardaşıdır. Ağcabədi rayonunun Avşar kəndində 0,19 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 80 kv.m yaşayış, 123,3 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu barədə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Lakin Cavabdeh 1989-cu ildən ayrılıb ayrı təsərrüfat olmasına baxmayaraq ona məxsus yaşayış evinin 2-ci mərtəbəsinin 1 otağında yaşamışdır. Buna baxmayaraq Cavabdeh ona məxsus yaşayış evini, yardımçı tikililəri və həyətyanı torpaq sahəsini bütünlüklə zəbt etmiş, əvvəllər həyətyanı torpaq sahəsindən bir hissəsini ayırıb ona verdikdən sonra aradan çəkdiyi hasarı uçurtmuşdur. 2-ci mərtəbənin giriş qapısının açarlarını dəyişib orada ona məxsus olan əşyaları çıxarıb çölə tökmüşdür. Həyətyanı torpaq sahəsini bütövlüklə zəbt edib ona məxsus meyvə ağaclarını qıraraq yandırmışdır. Bu hərəkətləri ilə cavabdeh onun mülkiyyət hüquqlarını kobudcasına pozmuş və ona maddi ziyan vurmuşdur. Mülkiyyətindən sərbəst istifadə etməsinə mane yaradır. Dəfələrlə cavabdehdən bu hərəkətlərinə son qoymasını tələb etsə də bu mümkün olmamış, əksinə onu və ailəsini təhqir edərək onlara hədə-qorxu gəlir. Buna baxmayaraq cavabdehin qardaşı olmasını nəzərə alaraq ona müxtəlif təkliflər irəli sürmüşdür. Lakin cavabdeh onun heç bir təklifi ilə razı olmamış, bu günədək öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə də iddianın təmin edilərək Ağcabədi rayonunun Avşar kəndində 0,19 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı. 80 kvadrat metr yaşayış, 123,3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən, yardımçı tikililərdən və həyətyanı torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, 2-ci mərtəbədə yerləşən sahəsi 28 kv.metrdən ibarət olan 1 otaq və tövlənin 18 kv.m hissəsi istisna olmaqla fərdi yaşayış evinin, yardımçı tikililərin qalan hissəsindən və həyətyanı torpaq sahəsindən istifadənin cavabdehə qadağan edilməsi, uçurulmuş daş hasarın və altı ədəd meyvə ağacının cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli (reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2008-ci il olan) çıxarışın surətindən görünür ki, Ağcabədi rayonunun Avşar kəndində mülkiyyətində olan 0,19 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 80,0 kvadrat metr yaşayış, 123,3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis və xx.xx.2023-cü il tarixli, 10/645 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Eyni zamanda mübahisəli ərazidə yerləşən İddiaçı və Cavabdeh (iddiaçının və cavabdehin ata adları texniki səhv olaraq Sabir əvəzinə Alı kimi yazılmışdır) ailə üzvlərinin faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,20 ha həyətyanı torpaq sahəsinin də yerləşdiyi ərazi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Daşınmaz Əmlakın reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsi Cavabdeh və İddiaçı tərəfindən birgə istifadə olunur (iddiaçı və cavabdehin istifadə etdikləri torpaq sahələri arasında hasar və ya çəpər mövcud deyildir). Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Daşınmaz Əmlakın reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 80 kv.m yaşayış sahəsinin 2-ci mərtəbədə yerləşən 28 kv.m hissəsi, 123,3 kv.m köməkçi sahənin 2-ci mərtəbədə yerləşən 51,7 kv.m hissəsi yardımçı tikili olan 30 kv.m təsərrüfat evi bütünlükdə və tikinti altı sahəsi 72 kv.m olan tövlənin 36 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində göstərilir ki, reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpziyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2 maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3 maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ağcabədi rayonunun Avşar kəndində mülkiyyətində olan 0,19 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 80,0 kvadrat metr yaşayış, 123,3 kvadrat metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 144 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərək ölçülmüşdür. Eyni zamanda mübahisəli ərazidə yerləşən İddiaçı və Cavabdeh ailə üzvlərinin faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid 0,20 ha həyətyanı torpaq sahəsinin də yerləşdiyi ərazi müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Daşınmaz Əmlakın reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsi Cavabdeh və İddiaçı tərəfindən birgə istifadə olunur (iddiaçı və cavabdehin istifadə etdikləri torpaq sahələri arasında hasar və ya çəpər mövcud deyildir). Həmin torpaq sahəsi başqa şəxslərə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Daşınmaz Əmlakın reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 80 kv.m yaşayış sahəsinin 2-ci mərtəbədə yerləşən 28 kv.m hissəsi, 123,3 kv.m köməkçi sahənin 2-ci mərtəbədə yerləşən 51,7 kv.m hissəsi yardımçı tikili olan 30 kv.m təsərrüfat evi bütünlükdə və tikinti altı sahəsi 72 kv.m olan tövlənin 36 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Tərəflər arasında mübahisəli əmlaklara dair heç bir yazılı razılaşma və yaxud hər hansı bir müqavilə olmamışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən, yardımçı tikililərdən və həyətyanı torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasını Cavabdeh tələb etsə də bu mümkün olmamışdır. Bununla da cavabdeh öz qanunsuz hərəkətləri ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsindən, yardımçı tikililərdən və həyətyanı torpaq sahəsindən istifadə hüquqlarına qəsd etmiş və mülkiyyətində olan əmlaklardan öz istədiyi kimi sərbəst istifadə etməsinə maneələr yaratmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh qanunsuz və əsassız olaraq istifadə etdiyi, Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yaşayış sahəsinə, yardımçı tikililərə və həyətyanı torpaq sahəsinə edilən müdaxilələr cavabdehə qadağan edilməli və iddiaçının mülkiyyətində olan həmin əmlaklardan sərbəst istifadə edilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. İddia qalan hissədə qanunsuz və əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin “uçurulmuş daş hasarın və altı ədəd meyvə ağacının cavabdehin hesabına bərpa edilməsi” hissəsində məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, daş hasarın və altı ədəd meyvə ağacının mövcudluğunu və cavabdeh tərəfindən daş hasarın uçurulmasını, həmçinin meyvə ağacının məhv edilməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(017)-968/2022 nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Mütəxəssis rəyinin verilməsi üçün tərtib edilmiş smeta və hesab vərəqi üzrə göstərilmiş 95 manat məbləğində pul İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin bank hesabına ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyərini təşkil edən 95 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Daşınmaz Əmlakın reyestr nömrəsi **********31-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən 0,19 ha torpaq sahəsində inşa edilmiş yaşayış evinə, yardımçı tikililərə və həyətyanı torpaq sahəsinə (2-ci mərtəbədə yerləşən sahəsi 28 kv.m olan 1 otaq, ümumu sahəsi 36 kv.m olan tövlənin 18 kv.m hissəsi istisna olmaqla) edilən müdaxilələr Cavabdeh qadağan edilsin. İddiaçı mülkiyyətində olan həmin əmlaklardan sərbəst istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Aparılmış tədqiqatın dəyərini təşkil edən 95 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-20/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-20/2023
25.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver