Məhkəmə qərarları › İş №2(017)-2047/2024

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2047/2024

06.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2047/2024 06.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavbadeh Cavabdehnə qarşı Aktın, protokolun ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavbadeh Cavabdehnə qarşı Aktın, protokolun ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddiada dəqiqləşdirmə aparmaq üçün iddianın baxılmamış saxlanmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını tələb etdiyi üçün ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavbadeh Cavabdehnə qarşı Aktın, protokolun ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətinə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar