Məhkəmə qərarları › İş №2(017)-205/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-205/2025

14.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-205/2025 14.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xx.xx.2018-ci il tarixli 086855 nömrəli və xx.xx.2019-cu il tarixli 136887 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Arazbar kəndində yaşayır. Həmin yaşadığı evin elektrik sayğacı mövcuddur. Sayğacın abunə kodu öz adına qeydə alınmışdır. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan istehlakçının evdə olmadığı vaxtda heç kimə məlumat vermədən onun barəsində xx.xx.2018-ci il tarixli 086855 nömrəli akt əsasında 679,58 manat və xx.xx.2019-cu il tarixli 136887 nömrəli akt əsasında 256,71 manat borc yazmışdır. Həmin aktların yazılmasında istehlakçının iştirakı təmin olunmamışdır. Aktların tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq aktlar tərtib olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən hazırda onun adına olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2018-ci il tarixli 086855 nömrəli akt əsasında 679,58 manat və xx.xx.2019cu il tarixli 136887 nömrəli akt əsasında 256,71 manat məbləğində hesablanmış borcun silinməsinə və həmin aktların ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə iddiaya qarşı etiraz və iddia müddətinin tətbiq edilməsinə dair ərizə göndərərək, həmin etirazında və ərizədə göstərmişdir ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli R 086855 nömrəli və xx.xx.2019-cu il tarixli 136887 nömrəli aktı mübahisələndirərkən artıq qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktların ləğv edilməsinə və borcun silinməsinə dair iddianı müddət keçdiyinə görə təminindən imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə də tərtib edilmiş R 086855 nömrəli və xx.xx.2019-cu il tarixli R 136887 nömrəli aktlara əsasən kod nömrəsi **********00399 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacdan kənar xətt götürdüyü aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00399 olan İddiaçı Ağcabədi rayonunun Arazbar kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona xx.xx.2018-ci il tarixli akt əsasında 679,58 manat və xx.xx.2019-cu il tarixli akt əsasında 256,71 manat məbləğində olmaqla ümumilikdə cəmi 936,29 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən xx.xx.2018-ci il tarixli 086855 nömrəli akt və xx.xx.2019-cu il tarixli 136887 nömrəli aktlar tərtib olunmuşdur. İddiaçı 086855 nömrəli akt əsasında 679,58 manat və 136887 nömrəli akt əsasında 256,71 manat məbləğində olmaqla, ümumilikdə cəmi 936,29 manat məbləğində sərfiyyat hesablanmışdır. Aktlar tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, aktlar iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00399 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacdan kənar əlavə xətt vasitəsilə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Cavabdehin nümayəndəsi 086855 nömrəli və 136887 nömrəli aktlar üzrə iddia müddəti keçdiyinə görə iddia müddəti tətbiq edilməklə iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə vəsatət ünvanlayaraq iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatətlə bağlı məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə, yəni yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ "xxxx" ASC-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Lakin, "xxxx" ASC belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçının məhkəməyə təqdim etdiyi iddiasından da göründüyü kimi, həmin iddia Mülki Məcəllənin 372.1-ci maddəsinə nəzərdə tutulmuş, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ ilə bağlı deyildir. Odur ki, hazırkı iddia tələbi müqavilə münasibətlərindən irəli gələn tələb kimi qiymətləndirilməməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektirik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2018-ci il tarixli 086855 nömrəli və xx.xx.2019-cu il tarixli 136887 nömrəli aktlar əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət 90 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 90 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2018-ci il tarixli 086855 nömrəli aktın və xx.xx.2019-cu il tarixli 136887 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia qismən təmin edilməli, abunə kodu **********00399 olan abunəçiyə : xx.xx.2018-ci il tarixdə tərtib olunmuş 086855 nömrəli akt üzrə 2,5 kvt x 24 saat x 0,7 x 30 gün = 1260 x 0,11= 138,60 manat sərfiyyat; xx.xx.2019-cu il tarixdə tərtib olunmuş 136887 nömrəli akt üzrə 1,76 kvt x 24 saat x 0,7 x 30 gün = 887,04 x 0,11 = 97,57 manat sərfiyyat, ümumilikdə 236,17 manat hesablanmalı olduğu nəzərə alınaraq 2 akt üzrə hesablanmış cəmi 936,29 manatın 700,12 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00399 olan abunəçiyə (İddiaçı) xx.xx.2018-ci il tarixli 086855 nömrəli və xx.xx.2019-cu il tarixli 136887 nömrəli aktlara əsasən hesablanmış cəmi 936,29 manat sərfiyyatın 700,12 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar