Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-210/2024 25.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin eyni şəxsə məxsus olması faktına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum əri X7 ilə xx.xx.1982-ci ildə rəsmi nikaha daxil olaraq evlənib ailə həyatı qurduqlarını, uzun sürən xəstəlikdən sonra əri X4 xx.xx.2019-cu il tarixdə xroniki böyrək çatışmamazlığı xəstəliyindən vəfat etməsini, X14 adına daşınar və ya daşınmaz əmlaklar olduğunu, hazırkı vaxtda vərəsəliklə bağlı çətinliklər yarandığı üçün həmin əmlakı adına rəsmiləşdirə bilmədiyini, səbəb isə mərhum ərinin adına rəsmləşdirilmiş VAZ-3302 markalı, **-BG-*** qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyat şəhadətnaməsində mərhumun soyadı səhfən Mamedov yox Məmmədov kimi qeyd olunmasını və bu səbəbə görə həmin avtomobili mərhumun vərəsəsi kimi sənədləşdirib öz adına qeydiyyat şəhadətnaməsi ala bilmədiyini bildirib, məhkəmədən vərəsəliklə bağlı AA№908663 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsində düzəliş olunması üçün X6 qeydinin X3 qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, əri X7 ilə xx.xx.1982-ci ildə rəsmi nikaha daxil olaraq evlənib ailə həyatı qurmuşlar. Uzun sürən xəstəlikdən sonra əri X7 xx.xx.2019-cu il tarixdə xroniki böyrək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. X14 adına daşınar və ya daşınmaz əmlaklar vardır ki, hazırkı vaxtda vərəsəliklə bağlı çətinliklər yarandığı üçün həmin əçlakı adına rəsmiləşdirə bilmir. Səbəb isə mərhum ərinin adına rəsmləşdirilmiş VAZ-3302 markalı, **-BG-*** qeydiyyat nişanlı yük avtomobilidir. Həmin yük avtomobilinin qeydiyyat şəhadətnaməsində mərhumun soyadı səhfən Mamedov yox Məmmədov kimi qeyd edilmişdir. Bu səbəbə görə həmin avtomobili mərhumun vərəsəsi kimi sənədləşdirib öz adına qeydiyyat şəhadətnaməsi ala bilməmişdir. Ona görə də vərəsəliklə bağlı AA№908663 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsində düzəliş olunması üçün X6 qeydinin X3 qeyd olunmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş xahiş etdi. Maraqlı şəxs Ağcabədi rayon Qeydiyyat Şöbəsinin rəisi İslam Əhmədov və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Ağcabədi regional Qeydiyyat İdarəsi və X10 rəisi Fərid Mayılov məktub göndərərək, mülki işə nümayəndələrinin iştrakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahat verərək göstərdi ki, Ərizəçi onun anası X7 isə atasıdır. X16 xx.xx.2019-cu il tarixdə xroniki böyrək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Mərhum atasından VAZ-3302 markalı, **-BG-*** qeydiyyat nişanlı yük avtomobili miras qalmışdır. Həmin yük avtomobilinin şəhadətnaməsində atasının soyadı səhvə Məmmədov kimi yazzılmış, lakin Onların nəslində hamı Mamedov soyadın daşıyır. Həqiqətəndə atasının əsil soyadı Mamedovdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Avşar kəndində yaşayır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 ilə Ərizəçi 30 aprel 1982-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 yanvar 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 08 aprel 1957-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli, 3-16-5/8-M-15-145/2023 saylı məktubdan görünür ki, Ərizəçi məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli, 3-13-16-1/2- 175/2023 saylı məktubdan görünür ki, Ərizəçi müraciətində qeyd etdiyi xüsusatla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Ağcabədi regional Qeydiyyat İdarəsi və X17 tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, həmin şəhadətnamədə X1 səhvən Məmmədov kimi qeyd edilmişdir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 27 iyul 2019-cu il tarixdə xroniki böyrək çatışmamazlığından ölmüşdür. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi Mamedova X9 rayonunun Avşar kəndində yaşayır. Ərizəçi mərhum əri X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Ağcabədi regional Qeydiyyat İdarəsi və X17 tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində X1 Mamedov əvəzinə səhvən Məmmədov kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, həmin şəhadətnamənin mərhum X5 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2 adına verilmiş AA№ 908663 saylı nəqliyyat vasitəsinin şəhadətnaməsində göstərilən X6 qeydinin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-210/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-210/2024
25.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver