Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2132/2025 26.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, İddiaçı, Cavabdeh və digər Cavabdeh7 nümayəndəsi Nümayəndə2 və onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, X22, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X19 və Cavabdeh14 iştirakı ilə, İddiaçı cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Nümayəndə2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X22, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X19 və Cavabdeh14 qarşı vərəsəlik üzrə payların müəyyən olunması və pay torpağının bölünərək ayrılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Nümayəndə2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X22, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, X19 və Cavabdeh14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4nın vərəsəsi olaraq ondan miras qalmış Torpağa Mülkiyyət hüququna dair JN 244, KOD 60807028 saylı Dövlət Aktına əsasən verilmiş pay torpağının ona aid hissəsindən ona çatası payın müəyyən olunması, Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona verilmiş pay torpağının bölünərək ayrılması qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət aktına əsasən onun, X8, X9 və Heydərova (Məmmədova) Bəsti Yusif qızının ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X4 05 aprel 2001-ci il tarixdə, X20 14 sentyabr 2021-ci il tarixdə, X21 14 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Mərhum X4ndan miras qalan torpaq sahəsinin vərəsələr arasında bölünməsi barədə notariat kontoruna müraciət etmiş, lakin notarius tərəfindən imtina olunmuşdur. Ona görə də, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh7 nümayəndəsi Nümayəndə2 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət aktına əsasən X14 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X4 05 aprel 2001-ci il tarixdə vəfat etmişdir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında cavabdeh Nümayəndə2 və onun nümayəndəsi və vəkili Nümayəndə1 izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət aktına əsasən X14 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X14 05 aprel 2001-ci il tarixdə vəfat etmişdir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət Aktına əsasən X14 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X4 05 aprel 2001-ci il tarixdə vəfat etmişdir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət Aktına əsasən X14 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X4 05 aprel 2001-ci il tarixdə vəfat etmişdir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh5 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət Aktına əsasən X14 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X4 05 aprel 2001-ci il tarixdə vəfat etmişdir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh6 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət Aktına əsasən X14 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X4 05 aprel 2001-ci il tarixdə vəfat etmişdir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh8 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət Aktına əsasən X14 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X4 05 aprel 2001-ci il tarixdə vəfat etmişdir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında cavabdeh X22 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət aktına əsasən X8 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X14 05 aprel 2001-ci il tarixdə, X20 14 sentyabr 2021-ci il tarixdə, X21 14 avqust 2023-cü il tarixdə vəfat etmişdir. X5 onun həyat yoldaşı olmuşdur və X11 vərəsəsidir. X2 da X8 vərəsəsidir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh10 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət aktına əsasən X8 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X14 05 aprel 2001-ci il tarixdə, X20 14 sentyabr 2021-ci il tarixdə, X21 14 avqust 2023-cü il tarixdə vəfat etmişdir. X5 onun anası olmuşdur və X11 vərəsəsidir. X2 da X8 vərəsəsidir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh11 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət aktına əsasən X8 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X14 05 aprel 2001-ci il tarixdə, X20 14 sentyabr 2021-ci il tarixdə, X21 14 avqust 2023-cü il tarixdə vəfat etmişdir. X6 onun həyat yoldaşı olmuşdur və X12 vərəsəsidir. X3 da X8 vərəsəsidir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh12 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət aktına əsasən X8 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X14 05 aprel 2001-ci il tarixdə, X20 14 sentyabr 2021-ci il tarixdə, X21 14 avqust 2023-cü il tarixdə vəfat etmişdir. X6 onun atası olmuşdur və X12 vərəsəsidir. X3 da X8 vərəsəsidir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında cavabdeh X19 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət aktına əsasən X8 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X14 05 aprel 2001-ci il tarixdə, X20 14 sentyabr 2021-ci il tarixdə, X21 14 avqust 2023-cü il tarixdə vəfat etmişdir. X6 onun atası olmuşdur və X12 vərəsəsidir. X3 da X8 vərəsəsidir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh14 iddianı qəbul edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət aktına əsasən X8 və digərlərinin ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X14 05 aprel 2001-ci il tarixdə, X20 14 sentyabr 2021-ci il tarixdə, X21 14 avqust 2023-cü il tarixdə vəfat etmişdir. X6 onun atası olmuşdur və X12 vərəsəsidir. X3 da X8 vərəsəsidir. Hazırda vərəsəlik qaydasında payların müəyyən olunmsına, yəni iddianın təmin olunmasına heç bir etirazı yoxdur. Cavabdeh Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş X31 Komissiyasının JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət Aktından görünür ki, X31 Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə X8, X9, X13 və Heydərova (Məmmədova) Bəsti Yusif qızının ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamələrdən görünür ki, X14 05 aprel 2001-ci il tarixdə, Heydərova (Məmmədova) Bəsti Yusif qızı 14 sentyabr 2021-ci il tarixdə, X21 05 sentyabr 2023-cü il tarixdə vəfat etmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İHB-nın Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 iyun 2025-ci il tarixli arayışdan görünür ki, X1 vərəsələri - Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, X21, Cavabdeh8, Cavabdeh4, Nümayəndə2, Cavabdeh6, İddiaçı və X15r. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İHB-nın Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 iyun 2025-ci il tarixli arayışdan görünür ki, X5nın vərəsələri - X22 (əri), Cavabdeh10dur (oğlu), İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon İHB-nın Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 iyun 2025-ci il tarixli arayışdan görünür ki, X6nun vərəsələri –Cavabdeh11 (arvadı), Cavabdeh12 (oğlu), X19 (oğlu) və Cavabdeh14dur (oğlu). İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 28 aprel 2025-ci il tarixli, 661 nömrəli məktubundan görünür ki, 05 aprel 2001-ci il tarixdə vəfat etmiş X8 vərəsəlik işi ilə əlaqədar 28 aprel 2025-ci il tarixdə Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə olunmuş müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, tərəflər arasında ixtilaf olduğundan məhkəməyə müraciət olunmasını göstərilmişdir. Məhkəmə iddiaçının, cavabdehlərin və onların nümayəndələrinin izahatını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X31 Komissiyasının JN – 244, Kod 60807028 seriya nömrəli Dövlət Aktından görünür ki, X31 Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə X8, X9, X13 və Heydərova (Məmmədova) Bəsti Yusif qızının ümumi birgə mülkiyyətinə Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsi verilmişdir. X14 05 aprel 2001-ci il tarixdə, Heydərova (Məmmədova) Bəsti Yusif qızı 14 sentyabr 2021-ci il tarixdə, X21 05 sentyabr 2023-cü il tarixdə vəfat etmişlər. 14 sentyabr 2021-ci il tarixdə vəfat etmiş Heydərova (Məmmədova) Bəsti Yusif qızı, 05 aprel 2001-ci il tarixdə vəfat etmiş X14 və 05 sentyabr 2023-cü il tarixdə vəfat etmiş X12 vərəsəlik işi ilə əlaqədar 28 aprel 2025-ci il tarixdə notariat ofisinə olunmuş müraciət olunmuş, lakin miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. X1 qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri - Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, X21, Cavabdeh8, Cavabdeh4, Nümayəndə2, Cavabdeh6, İddiaçı və X15r. Həmçinin X5nın qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri – əri X22, oğlu - Cavabdeh10, X6nun qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri – arvadı Cavabdeh11, oğlu Cavabdeh12, oğlu X19 və oğlu Cavabdeh14dur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək mərhum X1 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, X21, Cavabdeh8, Cavabdeh4, Nümayəndə2, Cavabdeh6, İddiaçı, X11 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN 244, KOD 60807028 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,6175 ha hissəsindən – Cavabdeh5 1/10 pay, yəni 0,06175 ha, Cavabdeh3 1/10 pay, yəni 0,06175 ha, Cavabdeh7 1/10 pay, yəni 0,06175 ha, Cavabdeh8 1/10 pay, yəni 0,06175 ha, Cavabdeh4 1/10 pay, yəni 0,06175 ha, Nümayəndə2 1/10 pay, yəni 0,06175 ha, Cavabdeh6 1/10 pay, yəni 0,06175 ha, İddiaçı 1/10 pay, yəni 0,06175 ha, X5na çatası 1/10 paydan, yəni 0,06175 ha torpaq sahəsinin qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri Cavabdeh9 1/2 pay, yəni 0,030875 ha, Cavabdeh10 1/2 pay, yəni 0,030875 ha, X6na çatası 1/10 paydan, yəni 0,06175 ha torpaq sahəsindən qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri Cavabdeh11 1/4 pay, yəni 0,0154375 ha, Cavabdeh12 1/4 pay, yəni 0,0154375 ha, X18 1/4 pay, yəni 0,0154375 ha, Cavabdeh14 1/4 pay, yəni 0,0154375 ha payları olması müəyyən edilməli və qanun üzrə vərəsəlik qaydasında payları müəyyən edilmiş hissədə və və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN 244, KOD 60807028 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha hissədə bölgü aparılmaqla İddiaçı payına düşən 0,67925 ha (0,6175 ha + 0,06175 ha = 0,67925 ha) torpaq sahəsi ayrılaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. X1 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, X21, Cavabdeh8, Cavabdeh4, Nümayəndə2, Cavabdeh6, İddiaçı, X11 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN 244, KOD 60807028 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,6175 ha hissəsindən – Cavabdeh5 1/10 pay, yəni 0,06175 ha, Cavabdeh3 1/10 pay, yəni 0,06175 ha, Cavabdeh7 1/10 pay, yəni 0,06175 ha, Cavabdeh8 1/10 pay, yəni 0,06175 ha, Cavabdeh4 1/10 pay, yəni 0,06175 ha, Nümayəndə2 1/10 pay, yəni 0,06175 ha, Cavabdeh6 1/10 pay, yəni 0,06175 ha, İddiaçı 1/10 pay, yəni 0,06175 ha, X5na çatası 1/10 paydan, yəni 0,06175 ha torpaq sahəsinin qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri Cavabdeh9 1/2 pay, yəni 0,030875 ha, Cavabdeh10 1/2 pay, yəni 0,030875 ha, X6na çatası 1/10 paydan, yəni 0,06175 ha torpaq sahəsindən qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri Cavabdeh11 1/4 pay, yəni 0,0154375 ha, Cavabdeh12 1/4 pay, yəni 0,0154375 ha, X18 1/4 pay, yəni 0,0154375 ha, Cavabdeh14 1/4 pay, yəni 0,0154375 ha payları olması müəyyən edilsin. Qanun üzrə vərəsəlik qaydasında payları müəyyən edilmiş hissədə və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1998-ci il tarixli, 10 saylı qərarı ilə JN 244, KOD 60807028 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Təzəkənd kəndində yerləşən 2,47 ha hissədə bölgü aparılmaqla İddiaçı payına düşən 0,67925 ha (0,6175 ha + 0,06175 ha = 0,67925 ha) torpaq sahəsi ayrılaraq İddiaçı verilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-2132/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2132/2025
26.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver