Məhkəmə qərarları › İş №2(017)-216/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-216/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-216/2023 31.01.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, ərizəçilər: Ərizəçi1 nümayəndəsi X1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək JN 220 kod 60811018 nömrəli dövlət aktının onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 nümayəndəsi X1 ərizəni müdafiə edərək bildirdi ki, torpağa mülkiyyət hüququna dair JN 220 kod 60811018 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə (5 nəfərdən ibarət ailə üzvlərinə) 3,58 ha torpaq sahəsi verilmişdir. Həmin sənədlərdə texniki səhv olaraq hüquq sahiblərindən atasının ata adı “Hüseyn” əvəzinə “Hüseyin” kimi, anasının adı və soyadı “Ərizəçi2” əvəzinə “Hacıyeva Radə” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Torpağa dair müəyyən sənədləşmə işlərinin aparılmasında müəyyən çətinliklərlə qarşılaşırlar. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Digər Ərizəçi2 da eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 220 kod 60811018 nömrəli dövlət aktında mülkiyyətçi kimi 5 nəfərin adı, o cümlədən Ərizəçi1 Hüseyin oğlu və X2 adları yazılmışdır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və İ-jq 367806 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, AZ ******* nömrəli doğum və İV-jq 320504 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1965-ci il tarixdə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olmuşdur. Nikaha daxil olduqdan sonra ona “Mirzəyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 220 kod 60811018 nömrəli dövlət aktı sənədində hüquq sahiblərindən Ərizəçi1 Hüseyin oğlunun dəyişdirilərək Ərizəçi1, X2 dəyişdirilərək Ərizəçi2 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Beləliklə, torpağa mülkiyyət hüququna dair JN 220 kod 60811018 nömrəli dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması ərizəçilərin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN 220 kod 60811018 nömrəli dövlət aktının 5 nəfərə, o cümlədən Ərizəçi1 və Ərizəçi2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 220 kod 60811018 nömrəli dövlət aktının 5 nəfərə, o cümlədən Ərizəçi1 və Ərizəçi2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan : AZ 0403, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti № 153. Tel / faks : (02127) 5 – 18 – 80, 5 – 11 – 28 İş № 2(017)-216/2023 xx.xx.2023-cü il Ərizəçi1 Ünvan: Ağcabədi rayonunun Muğanlı kəndi Ərizəçi2 Ünvan: Ağcabədi rayonunun Muğanlı kəndi Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə Ünvan: Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi 95 Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-216/2023 nömrəli qətnaməsi məlumat üçün sizə göndərilir. Qoşma: qətnamə “01” vərəqə Ağcabədi Rayon Məhkəməsinin hakimi Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar