Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2285/2023 20.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi3 və ərizəçilər Ərizəçi5, Ərizəçi6 nümayəndəsi və Ərizəçi4 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarına əsasən X5 adına verilmiş 1704.58 kv.m həyətyanı torpaq sahəsinin verilməsini, bu barədə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini, həmin sənəddə onun və ailə üzvlərinin soyadı Fətəliyev olmasına baxmayaraq, səhvən Fərzəliyev kimi və Xatirənin atasının adı əvəzinə səhvən Səfər kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə onların soyadı Fətəliyev, Xatirənin ata adı Əbülfət kimi qeyd olunmasını, Torpaq sahəsinin planı və ölçüsü sənədində onun və ailə üzvlərinin soyadının və Xatirənin ata adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədin ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən ounması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə teleqram göndərərək ərizəni müdafiə etdiklərini və səhətləri ilə bağlı məhkəmə iclasına gələ bilmədiklərini bildirib, məhkəmədən işə onların iştirakı olmadan baxılıb ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi3 izahat verərək izahatında göstərdi ki, o, xx xxxxxxxx 1974-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş və hazırda da Ağcabədi şəhəri, N.Nərimanov küçəsi 179 saylı ünvanda yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarına əsasən X5 adına verilmiş 1704.58 kv.m həyətyanı torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin sənədə əlavə olunmuş siyahıda onun və ailə üzvlərinin soyadı Fətəliyev olsada səhvən Fərzəliyev kimi və Ərizəçi6 ata adı Əbülfət əvəzinə səhvən Səfər kimi qeyd edilmişdir. Onlara məxsus bütün digər sənədlərdə onların soyadı Fətəliyev, Xatirənin ata adı Əbülfət kimi göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair A 261003 saylı sənədin ona və ailə üzvlərinə, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi5 və Ərizəçi6 nümayəndəsi Ərizəçi4 eyni məzmunlu izahat verərək Ərizəçi3 izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1947-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1952-ci il tarixdə Ağdam şəhərində anadan olmuş və hazırda Ağcabədi şəhəri, N.Nərimanov küçəsi 179 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxxx 1974-cü il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxxxx 1977-ci il tarixdə ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx xxxx 1972-ci il tarixdə anadan olmuş və hazırda Ağcabədi şəhəri, N.Nərimanov küçəsi 179 saylı ünvanda yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi6 xx xxxxxx 1975-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Ağdam şəhəri, Füzuli küçəsi, dön.3 ev 9-da qeydiyyatda olan və hazırda Ağcabədi şəhəri, N.Nərimanov küçəsi 179 saylı ünvanda yaşayır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsünə dair sənədə əlavə olunmuş siyahıdan görünür ki, X7, X1, X8, X9, X2 və X4 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 1704.58 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 08 avqust 2023-cü il tarixli məktubundan görünür ki, A261003 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin adlı siyahısında hüquq sahiblərindən X13 dəyişdirilərək Ərizəçi1 kimi, X3 dəyişdirilərək Ərizəçi2 kimi, X14 dəyişdirilərək Ərizəçi3 kimi, X15 dəyişdirilərək Ərizəçi4 kimi, X6 dəyişdirilərək Ərizəçi5 kimi və X10 dəyişdirilərək Ərizəçi6 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş 1704.58 kv.m həyətyanı torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə ərizəçilərin soyadı Fətəliyev əvəzinə səhvən Fərzəliyev kimi və Ərizəçi6 ata adı Əbülfət əvəzinə səhvən Səfər kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ağcabədi şəhəri ərazisindən X5 adına 1704.58 kv.m həyətyanı torpaq sahəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə Torpaq sahəsinin planı və ölçüsünə dair sənədə əlavə olunmuş siyahıda göstərilən X13, X3, X14, X15, X6 və X10 qeydinin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2285/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2285/2023
20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver