Məhkəmə qərarları › İş №2(017)-2311/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2311/2025

25.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2311/2025 25.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB Tərtər X6 idarəsinə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi və öhdəliyə xitam verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi rayonu, Şahsevən kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmin yaşayış evində istifadə edilən qaz sayğacı onun adınadır. Ağcabədi rayonu, Şahsevən kəndi olan yaşayış evində qaz çəkilən vaxtdan son illərə kimi qazdan istifadə etmiş və qaza görə heç bir borcu olmamışdır. Onun istifadəsində olan qaz sayğacına Cavabdeh Tərtər X6 idarəsinin Ağcabədi Xidmət Sahəsinin əməkdaşları tərəfindən heç bir təqsiri olmaya-olmaya onun adına olan qaz sayğacına görə ona 25 aprel 2024-cü il tarixli, ******* saylı akt yazılmışdır. Həmin akt guya sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib,sayğacın minimal sərfiyyatda 10% nisbi xətayla işləyir keçən qazın həcmini qeyd etmir. Lakin nə onun, nədə ki, ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Onun adına olan qaz sayğacı evin hasarından çöldə quraşdırılmışdır. 14 fevral 2024-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları gəlib qaz sayğacını çıxardıb yenisi ilə əvəz etmişdilər. Onunla bərabər bir neçə evin qaz sayğacının istismar müddəti bitdiyi üçün açıb aparmışlar. Onlar tərəfindən sayğac həmişə qorunmuş, heç bir müdaxilə edilməmişdir. Lakin buna baxmayaraq Tərtər X6 idarəsi məsələni düzgün araşdırmadan baş vermiş hadisəyə görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuş və 25 aprel 2024-cü il tarixli, ******* saylı akt əsasında onun üzərinə 518 manat 40 qəpik məbləğində cərimə yazmışdır. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də Tərtər RQİİ-ti tərəfindən yazılmış 25 aprel 2024-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və cərimənin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Cavabdeh Tərtər RQİİ-nə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək göstərdi ki, İddiaçı onun əridir. Əri İddiaçı xəstədir. İstismar müddəti başa çatdığı üçün yaşadıqları evin qaz sayğacını dəyişdilər. Sonra həmin sayğaca cərimə yazılmışdır. Onların ailə üzvlərindən heç kim sayğaca müdaxilə etməmişdir. İş materiallarında olan Cavabdeh İB Tərtər RQİİ Ağcabədi XS-si tərəfindən tərtib edilmiş 25 aprel 2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı adına olan qaz sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib, sayğacın minimal sərfiyyatda 10% nisbi xətayla işləyir keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. İş materiallarında olan Tərtər X6 idarəsinin rəisi A.Muxtarov tərəfindən 30 aprel 2024-cü il tarixdə təsdiq edimiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, 25 aprel 2024-cü il tarixli, aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 6480 kub metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin, sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilir. Qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməlidir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2024-cü il üzrə İddiaçı qazdan istifadə borcu, 2024-cü ilin mart ayında akt üzrə 518 manat 40 qəpik məbləğində cərimə borcu vardır. Göründüyü kimi iddiaçının sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilmiş, sayğacın xəta ilə işləyərək keçən qazın həcmini qeyd etmir aşkar olunduqdan sonra istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən: -Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, yəni 4 x 12 x 90 = 4320 kub.metr x 0,12 manatla hesablanmışdır. Qeyd etmək lazımdır ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Bu da istehlakçının və onun ailəsinin maddi vəziyyətini həddən artıq ağırlaşdırmaqla yanaşı, həmçinin ailəni çətin duruma salmışdır. Aparılmış hesabat istehlakçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsinə adekvat olmamışdır. Ona görə də məhkəmə itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfiyyatının 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün götürülməsini ağlabatan və məntiqli hesab edir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iş üzrə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, istehlakçı təbii qazdan istifadə etmiş və sayğaca müdaxilə etmiş, yoxlama zamanı nəzarətçilər tərəfindən sayğaca müdaxilə aşkar edilərək, istehlakçı barəsində akt tərtib olunmuş, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabat aparılarkən itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 6 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün götürülmüş və 518 manat 40 qəpik cərimə hesablanmışdır. Məhkəmə hesab edir ki, cərimə əsassız olaraq çox yüksək məbləğdə hesablanmışdır. Ona görə də 25 aprel 2024-cü il tarixli, ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün götürülməlidir. Belə olan halda istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabat: -Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün qəbul edilməklə, yəni 4 x 4 x 30 = 480 kub.metr x 0,12 manat = 57,6 manat məbləğində hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək istehlakçı barəsində tərtib edilmiş 25 aprel 2024-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 518 manat 40 qəpik cərimənin 460 manat 80 hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Tərtər RQİİ-nin Ağcabədi XS-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 25 aprel 2024-cü il tarixli, ******* saylı akta əsasən ona hesablanmış 518 manat 40 qəpik cərimənin 460 manat 80 qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar