Məhkəmə qərarları › İş №2(017)-2323/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2323/2023

20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2323/2023 20.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.56 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 0017 saylı, 60801004 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, həmin Dövlət Aktında onun, yəni Ərizəçi1 soyadı Qələndarova olmasına baxmayaraq, səhvən Qələndərova kimi, adı Rahilə əvəzinə səhvən Rəhilə kimi, mərhum X19 ata adı Tofiq olmasına baxmayaraq səhvən Tohid kimi, Ərizəçi2 adı Aygün əvəzinə səhvən Aydın, ata adı Nazim əvəzinə Nizami kimi və Ərizəçi3 adı Cəfər əvəzinə səhvən Qəfər kimi, ata adı Nazim əvəzinə səhvən Nizami kimi qeyd edilməsini, X19 16 dekabr 2021-ci il tarixdə vəfat etməsini, halbuki bütün sənədlərdə onların, soyadları, adı və ata adı düzgün qeyd edilməsini, Dövlət Aktında onların soyadlarının, adının və ata adlarının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0017 saylı, 60801004 kod nömrəli Dövlət Aktının onlara, yəni Ərizəçi1, mərhum X21, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1959-cu il tarixdə anadan olmuş və hazırda Ağcabədi şəhəri Nəsimi küçəsi 72 saylı ünvanda yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən onlara, yəni ailə üzvlərinə 3.56 ha torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında onun, yəni Ərizəçi1 soyadı Qələndarova olmasına baxmayaraq, səhvən Qələndərov kimi, adı Rahilə əvəzinə səhvən Rəhilə kimi, mərhum X19 ata adı Tofiq olmasına baxmayaraq səhvən Tohid kimi, Ərizəçi2 adı Aygün əvəzinə səhvən Aydın, ata adı Nazim əvəzinə Nizami kimi və Ərizəçi3 adı Cəfər əvəzinə səhvən Qəfər kimi, ata adı Nazim əvəzinə səhvən Nizami kimi qeyd edilmişdir. X27 2021-ci ilin dekabr ayında vəfat etmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı onlara, yəni Ərizəçi1, mərhum X21, Ərizəçi2 və Ərizəçi3 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 eyni məzmunlu izahat verərək Ərizəçi1 izahatında göstərdiyi xüsusatları təsdiq etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1959-cu il tarixdə Ermənistanın Eqmiədzin rayonunda anadan olmuş, hazırda isə Ağcabədi şəhəri Nəsimi küçəsi 72 saylı ünvanda yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1988-ci il tarixdə ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxxx 1992-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi şəhəri Nəsimi küçəsi 72 saylı ünvanda yaşayır. İş materiallarında olan Abşeron rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 16 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-0017 saylı, 60801004 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X15, X6, X10, X22, X16 və X17 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,56 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə 18 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsinə aid JN-0017 nömrəli torpaq sahəsinin Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquqi sahiblərindən X5 dəyişdirilərək Ərizəçi1 kimi, X20 dəyişdirilərək X8, X11 dəyişdirilərək Ərizəçi2 kimi və X12 dəyişdirilərək Ərizəçi3 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli, 223 saylı arayışdan görünür ki, Ağcabədi şəhər sakini X15 və ailə üzvlərinə məxsus olan Ağcabədi şəhər ərazisində yerləşən ümumi sahəsi 3.56 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri var. Verilmiş torpaq sahəsinə DTXK tərəfindən JN 0017 KOD 60801004 olan «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı» sənədi verilmişdir. X39 siyahısında adları Aqrar İslahat Komissiyasının texniki səhvi nəticəsində Ərizəçi1 X1, X2 Həqiqət Tohiq qızı kimi, Ərizəçi2 X3 və Ərizəçi3 X4 göstərilmişdir. Əslində onlar eyni şəxsdirlər. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər ünvan 4 ünvanda yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş 3.56 hektar torpaq sahəsinə dair Dövlət Aktında ərizəçilər Ərizəçi1 soyadı Qələndarova olmasına baxmayaraq, səhvən Qələndərova kimi, adı Rahilə əvəzinə səhvən Rəhilə kimi, mərhum X19 ata adı Tofiq olmasına baxmayaraq səhvən Tohid kimi, Ərizəçi2 adı Aygün əvəzinə səhvən Aydın, ata adı Nazim əvəzinə Nizami kimi və Ərizəçi3 adı Cəfər olmasına baxmayaraq səhvən Qəfər kimi, ata adı Nazim əvəzinə səhvən Nizami kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçilər X29 və Həziyeva (Kazımova) Mahirə Həmid qızına məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X13, X5, X7, X20, X11 və X12 adlarına Ağcabədi şəhər ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 3,56 hektar torpaq sahəsi ilə əlaqədar 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-0017 saylı, kod 60801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X18 qeydinin Ərizəçi1, mərhum X30 qeydinin X21, X23 qeydinin Ərizəçi2 və X24 qeydinin Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar