Məhkəmə qərarları › İş №2(017)-2397/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2397/2023

25.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2397/2023 25.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 iyul 2019-cu il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 19 iyul 2019-cu il tarixdə vəfat etmiş anası X1 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən JN-0046, kod 60808038 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 0,28 ha pay torpağı və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən JN-087A, kod 60808038 seriyalı Torpağa Mülkiyyət hüququna dair Şəhadətnamə ilə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Hazırda həmin torpaq sahəsini vərəsəlik qaydasında adına rəsmiləşdirmək üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, ona vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddətin buraxılması göstərilərək Ağcabədi regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 22 oktyabr 2023-cü il tarixli, 1448 saylı məktubu ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq mərhum anası X1 miras qalmış Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən JN-0046, kod 60808038 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 0,28 ha pay torpağı və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən JN-087A, kod 60808038 seriyalı Torpağa Mülkiyyət hüququna dair Şəhadətnamə ilə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-0046, kod 60808038 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, X3 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən JN-0046, kod 60808038 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə 0,28 ha pay torpağı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-087A, kod 60808038 seriyalı Torpağa Mülkiyyət hüququna dair Şəhadətnamədən görünür ki, X3 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19 iyul 2019-cu il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 22 oktyabr 2023-cü il tarixli, 1448 saylı məktubundan görünür ki, İddiaçı Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək anası X2 19 iyul 2019-cu il tarixdə vəfat etdiyini, ondan miras qalmış Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən JN-0046, kod 60808038 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 0,28 ha pay torpağı və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən JN-087A, kod 60808038 seriyalı Torpağa Mülkiyyət hüququna dair Şəhadətnamə ilə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçıının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İş materialları ilə müəyyən edilmişdir ki, X4 19 iyul 2019-cu il tarixdə vəfat etmiş və ondan Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən JN-0046, kod 60808038 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 0,28 ha pay torpağı və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən JN-087A, kod 60808038 seriyalı Torpağa Mülkiyyət hüququna dair Şəhadətnamə ilə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddəti keçirdiyindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək 19 iyul 2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən JN-0046, kod 60808038 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 0,28 ha pay torpağı və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən JN-087A, kod 60808038 seriyalı Torpağa Mülkiyyət hüququna dair Şəhadətnamə ilə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 19 iyul 2019-cu il tarixdə vəfat etmiş X1 miras qalmış Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən JN-0046, kod 60808038 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 0,28 ha pay torpaq sahəsinə və Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən JN-087A, kod 60808038 seriyalı Torpağa Mülkiyyət hüququna dair Şəhadətnamə ilə verilmiş 0,13 ha həyətyanı torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar