Məhkəmə qərarları › İş №2(017)-24/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-24/2023

11.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-24/2023 11.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Hacıyev Fuad Hacı oğlunun katibliyi, iddiaçı "Qaz İxrac" İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "Qaz İxrac" İdarəsinin Cavabdeh qarşı "qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "Qaz İxrac" İdarəsi Cavabdeh qarşı "qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "Qaz İxrac" İdarəsinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələbləri pozularaq Ağcabədi rayonu Xocavənd kəndi ərazisindən keçən "Qaz İxrac" İdarəsinin Ağdam Magistral X7 balans və istismarında olan 530 mm diametrli "Ağcabədi-Beyləqan" yeraltı yüksək təzyiqli qaz kəmərindən 4 metr məsafədə Cavabdeh məxsus qeyriyaşayış obyekti tikilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Ağcabədi rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X5 və X6 Agentliyinə və Ağcabədi rayon polis şöbəsinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na əsasən yüksək təzyiqli yeraltı qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 10 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Belə razılaşma isə bu iş üzrə mövcud deyildir. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus mühafizə zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108 və 1116-cı maddələrinə əsasən təqsirli şəxs kimi cavabdehin üzərinə düşür. Ona görə də "Qaz İxrac" İdarəsinin Ağdam Magistral X7 istismarında olan 530 mm diametrli "Ağcabədi-Beyləqan" yeraltı yüksək təzyiqli qaz kəmərinin mühafizə zonasında, Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisində Cavabdeh məxsus inşa edilmiş qeyri-yaşayış obyektinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bu halda məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə "Qaz İxrac" İdarəsinin nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2023-cü il tarixli 10/6601 nömrəli ekspertiza rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2 və 5 nömrəli əlavələrinə əsasən yüksək təzyiqli yeraltı qaz kəmərlərinin mühafizə zonası 10 metr müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin uzunluğu 11,50 metr, eni 9,80 metr təşkil etməklə sahəsinin 112,7 kv.metr olduğu müəyyən edilmişdir. "Ağcabədi-Beyləqan" 530 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zolağında Cavabdeh tərəfindən qeyri-qanuni tikilməsi iddia edilən qeyri-yaşayış obyektinə dair mülki iş materiallarında hər hansı hüquq müəyyənedici sənəd olmadığından, həmin tikilinin tikinti norma və qaydalarına uyğun inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən inşa edilmiş tikili "Ağcabədi-Beyləqan" 530 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərindən 4 metr məsafədə yerləşməklə, həmin qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş bildirişlərin surətindən görünür ki, "Qaz İxracı" İdarəsi tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "Ağcabədi-Beyləqan" 530 mm diametrli yüksək təzyiqli magistral qaz kəmərinin qorunma (mühafizə) zolağında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni tikinti qaz boru kəmərinin mühafizə zolağına düşməklə, tikinti norma və qaydalarına riayət edilmədən inşa edilmişdir. Məhkəmə iddia tələbini təmin edərkən iddianın qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsini, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu və 111-ci maddələrini, hazırda qüvvədə olan "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarını əsas götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdləri bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması və torpaq sahələrində qanunsuz tikinti aparılmasına görə təqsirli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na (2 nömrəli əlavə) əsasən magistral qaz kəmərlərinin orta oxundan hər tərəfə şərti xətlərlə 10 metr mühafizə zonası təyin edilmişdir. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla razılaşdırılmalıdır. Həmçinin Qaydaların 2.7-ci bəndinə əsasən boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı "Qaz İxracı" İdarəsi tərəfindən sökülməsi iddia edilən "Ağcabədi-Beyləqan" 530 mm diametrli yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin qorunma (mühafizə) zolağında Cavabdeh tərəfindən inşa edilmiş qeyri-qanuni tikinti qaz boru kəmərinin mühafizə zolağına düşməklə, tikinti norma və qaydalarına riayət edilmədən inşa edilmişdir. Həmin tikintinin mühafizə zolağından sökülüb kənarlaşdırılması barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu həmin tikintini bu günədək sökməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "Qaz İxrac" İdarəsinin Ağdam Magistral X7 istismarında olan 530 mm diametrli "Ağcabədi-Beyləqan" yüksək təzyiqli yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Ağcabədi rayonunun Xocavənd kəndinin ərazisində Cavabdeh məxsus qeyri-qanuni inşa olunan tikili cavabdehin vəsaiti hesabına sökülərək mühafizə zolağından kənarlaşdırılsın. Cavabdeh dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul alınaraq iddiaçı "Qaz İxrac" İdarəsinə verilsin. Aparılmış tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərci Cavabdeh alınaraq, Az. MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar