Məhkəmə qərarları › İş №2(017)-2434/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-2434/2023

06.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-2434/2023 06.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Ağcabədi regional «ASAN ximət» mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün itririlmiş müddətin bərpasına (uzadılması) dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi İddiaçı maraqlı şəxs Ağcabədi regional «ASAN ximət» mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün itririlmiş müddətin bərpasına (uzadılması) dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib bu nəticəyə gəlir ki, ərizə iddia ərizəsinin forma və məzmununa uyğun olmadığı üçün geri qaytarılmalıdır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı, Ağcabədi Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisi isə cavabdeh kimi ğöstərilməli olduğu halda İddiaçı ərizəçi, Ağcabədi Regional «Asan Xidmət» Mərkəzinin Notariat Ofisi isə maraqlı şəxs kimi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsində göstərilir ki, ərizədə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsində göstərilir ki , ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə ona əlavə edilmiş sənələrlə birlikdə geri qaytarılır. Həmin Məcəlləni6n 152.2-cİ maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəlləni6n 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması üçün göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə verilmədiyindən onun məhkəmə icraatına götürülməsi qeyri mümkündür. Ona görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etməsi izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152.1.1, 152.1.3, 152.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi İddiaçı maraqlı şəxs Ağcabədi regional «ASAN ximət» mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün itririlmiş müddətin bərpasına (uzadılması) dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddia ərizəsinin forma və məzmununa uyğun olmadığı üçün geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar