Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2627/2025 20.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsinin Müştəri Xidmətləri İdarəsinə qarşı dondurulmuş borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsinə qarşı dondurulmuş 1269 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı izahatında göstərdi ki, 2023-cü ildən Ağcabədi rayon Mirzəhaqverdili kəndi ev 0460, mənzil 0993 ünvanında yaşayır. Həmin ev cəbhə bölgəsində yerləşdiyindən evdə 12-13 ildən artıq müddətdə yaşayış olmamış və ev yararsız vəziyyətə düşmüşdür. O, 2023-cü ildə həmin evdə təmir-bərpa işləri aparmış və orada yaşamağa başlamışdır. Lakin həmin evdə işığın addan ada keçirilməsində problem yaşamışdır. Belə ki, Asan Xidmət Mərkəzində ona işıqla bağlı dondurulmuş 1269 manat məbləğində borc olduğundan addan ada keçirilmə mümkün olmamışdır. Evə işıq sayğacı 2011-ci ildə qoyulmuş və həmin sayğac 2017-ci ildə dəyişdirilmişdir. 2024-cü ilədək sayğacın göstəricilərindən müəyyən çıxarışlar edilmiş və həmin çıxarışlarda buvaxta qədər işığa heç bir ödənişin olunmadığı görünür. Bu məlumatları tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmiş və Ağcabədi rayon Mirzəhaqverdili kəndi ev 0460, mənzil 0993 ünvanında quraşdırılmış dondurulmuş 1269 manat məbləğində borc tələb olunmayan borclar siyahısına əlavə edilməsi və bu borcun yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı tələb olunması barədə cavab verilmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə keçmiş borclara görə 1269.00, xx.xx.2024-cü il tarixdə 0607 nömrəli razılaşma protokoluna əsasən 801.68 qəpik məbləğində borcu silinmişdir. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00993 olan İddiaçı Ağcabədi rayon Mirzəhaqverdili kəndi ev 0460, mənzil 0993 ünvanında quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona 1269 manat məbləğində sərfiyyat hesablanmışdır. abunə haqqında cədvəldən (saldodan) görünür ki, X3 İddiaçı adına **********13198 saylı kodla qeydiyyata alınmış fərdi yaşayış evində itirilmiş enerji dəyəri kimi 842,52 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 dekabr 2024-cü il tarixli arayışdan və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı hal-hazırda Ağcabədi rayon Mirzəhaqverdili kəndi ev 0460, mənzil 0993 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, İddiaçı halhazırda Ağcabədi rayon Mirzəhaqverdili kəndi ev 0460, mənzil 0993 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Həmin ev cəbhə bölgəsində yerləşdiyindən evdə 12-13 ildən artıq müddətdə yaşayış olmamış və ev yararsız vəziyyətə düşmüşdür. O, 2023-cü ildə həmin evdə təmir-bərpa işləri aparmış və orada yaşamağa başlamışdır. Lakin həmin evdə işığın addan ada keçirilməsində problem yaşamışdır. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsi tərəfindən Ağcabədi rayon Mirzəhaqverdili kəndi ev 0460, mənzil 0993 ünvanında quraşdırılmış **********13198 saylı kodla qeydiyyata alınmış fərdi sayğaca dondurumuş manat borcun olması sübut edilsə də, itirilmiş enerji dəyərinin 1269 manat olması məhkəmədə qismən təsdiqini tapmışdır, yəni işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Ağcabədi rayon Mirzəhaqverdili kəndi ev 0460, mənzil 0993 ünvanında yerləşən fərdi yaşayış evinə X1 etmək üçün quraşdırılmış elektrik sayğacının itirilmiş enerji dəyərinin neçə gün müddətinə və ya nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını və bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsi tərəfindən İddiaçı tələb edilən dondurulmuş borc kimi 1269 manatın 1/3 hissəsini, yəni 423 manat tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, X1 Qaydalarının pozulması barədə 30 oktyabr 2024-cü il tarixli, 365224 saylı akta əsasən İddiaçı barəsində itirilmiş enerji dəyəri kimi hesablanmış 1269 manat ziyan 423 manatadək azaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh «Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsi tərəfindən Ağcabədi rayon Mirzəhaqverdili kəndi ev 0460, mənzil 0993 ünvanında yaşayan İddiaçı abonent saldosuna (abonent kodu: **********13198, ünvan ünvan 1esablanmış 1269 manat ziyan 423 manatadək azaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-2627/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2627/2025
20.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver