Məhkəmə qərarları › İş №2(017)-2646/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2646/2025

21.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2646/2025 21.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 nümayəndəsi X11, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, qeydiyyatda olmaqla Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır. Torpağa mülkiyyət hüququna dair JN-258 kod 60804018 nömrəli Dövlət aktına əsasən anası X5 və ailə üzvlərinə Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində 2,02 ha pay torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən anası X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ondan qalan mirasda vərəsələrin paylarının müəyyən edilməsinə dair notariusa müraciət etmiş, lakin notarius tərəfindən Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Miras qoyanla ölənə kimi bir yerdə yaşamış, torpaq sahələri qonşu ərazidə yerləşmiş, bir yerdə əkib biçmişlər. Anasının ölümündən sonra da həmin torpaqlardan vərəsələri istifadə etmişlər. Miras qoyan X4 birinci dərəcəli vərəsələri - İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, Cavabdeh2 və Cavabdeh1dur. X1 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ona çatası pay birinci dərəcəli vərəsələri - İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 çatmalıdır. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında digər iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 nümayəndəsi X11, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 da eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların və nümayəndənin izahatını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-258 kod 60804018 nömrəli Dövlət aktının surətindən görünür ki, X5 və ailə üzvlərinə (cəmi 5 nəfərə) Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində 2,02 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ 983814 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 463974 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2025-ci il tarixli 187 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X4 vərəsəlik işi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə notariat ofisinə olunmuş müraciətlə əlaqədar qeyd olunmuşdur ki, Mülki Məcəlləsinin 291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 xx.xx.2019cu il tarixdə vəfat etmiş, vərəsələri – İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, Cavabdeh2 və Cavabdeh1dur. İş materiallarında olan sənədlərdən və iddiaçıların verdiyi izahatlardan müəyyən olunur ki, X9 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, vərəsələri – İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7dır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə görə sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Torpağa mülkiyyət hüququna dair JN-258 kod 60804018 nömrəli Dövlət aktına əsasən X5 və ailə üzvlərinə (cəmi 5 nəfərə) Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində 2,02 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. X3 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, vərəsələri – İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, Cavabdeh2 və Cavabdeh1dur. X4 vərəsəlik işi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə İddiaçı1 tərəfindən notariat ofisinə müraciət olunmuş Mülki Məcəlləsinin 291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğuna görə məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. X4 vərəsələrindən X9 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, onun vərəsələri – İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və iddiaçıların izahatına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbinə əsasən, X2 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri – İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, Cavabdeh2 və Cavabdeh1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan – Torpağa mülkiyyət hüququna dair JN-258 kod 60804018 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,404 ha hissəsindən – İddiaçı1 4/44 pay, İddiaçı2 4/44 pay, İddiaçı3 4/44 pay, X6 4/44 pay, İddiaçı8 4/44 pay, İddiaçı9 4/44 pay, İddiaçı10 4/44 pay, İddiaçı11 4/44 pay, İddiaçı12 4/44 pay, Cavabdeh2 4/44 pay və Cavabdeh1 4/44 pay müəyyən olunmalı, mərhum X6 çatası 4/44 paydan qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri - İddiaçı4 1/44 pay, İddiaçı5 1/44 pay, İddiaçı6 1/44 pay, İddiaçı7 1/44 pay müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X2 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı1, İddiaçı2, İddiaçı3, X9, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, Cavabdeh2 və Cavabdeh1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan – Torpağa mülkiyyət hüququna dair JN-258 kod 60804018 nömrəli Dövlət aktına əsasən Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən 2,02 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,404 ha hissəsindən – İddiaçı1 4/44 pay, İddiaçı2 4/44 pay, İddiaçı3 4/44 pay, X6 4/44 pay, İddiaçı8 4/44 pay, İddiaçı9 4/44 pay, İddiaçı10 4/44 pay, İddiaçı11 4/44 pay, İddiaçı12 4/44 pay, Cavabdeh2 4/44 pay və Cavabdeh1 4/44 pay müəyyən edilsin; mərhum X6 çatası 4/44 paydan qanun üzrə bərabər pay hüquqlu birinci dərəcəli vərəsələri - İddiaçı4 1/44 pay, İddiaçı5 1/44 pay, İddiaçı6 1/44 pay, İddiaçı7 1/44 pay müəyyən edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar