Məhkəmə qərarları › İş №2(017)-2828/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2828/2025

02.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2828/2025 02.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın və hesablanmış cərimənin” ləğv edilməsi tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın və hesablanmış cərimənin” ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Pərioğullar kəndində ona məxsus evin elektrik sayğacı mövcuddur. Elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan onun evdə olmadığı vaxtda heç kimə məlumat vermədən qeyd edilən tarixlərdə 10 akt tərtib etmiş ona cəmi 1948,30 manat borc yazılmışdır. Onun barəsində yazılmış aktda göstərilmişdir ki, guya sayğacdan kənar xətdən istifadə edilməsi aşkar olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən onun adına məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş aktların və həmin aktlara əsasən hesablanmış borcların ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədi ilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə Ağcabədi rayon Pərioğullar kəndində İddiaçı məxsus fərdi yaşayış evinin enerji təchizatı sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı onlar həmin yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsini aşkar etmişlər. Bu isə "EEİQ" 8.17-ci, həmçinin "EQQQ"nin 1-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə ona: 1).xx.xx.2022-ci il tarixli R 258458 nömrəli akta əsasən 0,44 kvt x 24 saat (0,7) x 180 gün = 1331 kvts x 0,13 man = 173,03 manat; 2).xx.xx.2022-ci il tarixli R 268833 nömrəli akta əsasən 0,88 kvt x 24 saat (0,7) x 90 gün = 1331 kvts (600 kvts x 0,08 man = 48 man; 300 kvts x 0,09 man = 27,00 man; 431 kvts x 0,13 man = 56,03 man;) cəmi 131,03 manat; 3).xx.xx.2022-ci il tarixli R 283198 nömrəli akta əsasən 0,88 kvt x 24 saat (0,7) x 120 gün = 1774 kvts (800 kvts x 0,08 man = 64 man; 400 kvts x 0,09 man = 36,00 man; 574 kvts x 0,13 man = 74,62 man) cəmi 174,62 manat; 4).xx.xx.2023-cü il tarixli R 294050 nömrəli akta əsasən 0,44 kvt x 24 saat (0,7) x 90 gün = 665 kvts (600 kvts x 0,08 man = 48 man; 65 kvts x 0,09 man = 5.85 man;) cəmi 53,85 manat; 5).xx.xx.2023-cü il tarixli R 321344 nömrəli akta əsasən 3,5 kvt x 24 saat (0,7) x 60 gün = 3528 kvts x 0,13 man = 458,64 manat; 6).xx.xx.2024-cü il tarixli R 329943 nömrəli akta əsasən 1,5 kvt x 24 saat (0,7) x 30 gün = 756 kvts (200 kvts x 0,08 man = 16 man; 100 kvts x 0,09 man = 9 man; 456 kvts x 0,13 man = 59,28 man) cəmi 84,28 manat; 7).xx.xx.2024-cü il tarixli R 330185 nömrəli akta əsasən 1,5 kvt x 24 saat (0,7) x 30 gün = 756 kvts (200 kvts x 0,08 man = 16 man; 100 kvts x 0,09 man = 9,00 man; 456 kvts x 0,13 man = 59,28 man) cəmi 84,28 manat; 8).xx.xx.2024-cü il tarixli R 365379 nömrəli akta əsasən 3,1 kvt x 24 saat (0,7) x 90 gün = 4687 kvts (600 kvts x 0,08 man = 48 man; 300 kvts x 0,09 man = 27,00 man; 3787 kvts x 0,13 man = 492,31 man) cəmi 567,31 manat; 9).xx.xx.2025-ci il tarixli R 402093 nömrəli akta əsasən 3,1 kvt x 24 saat (0,7) x 90 gün = 4687 kvts (600 kvts x 0,08 man = 48 man; 300 kvts x 0,09 man = 27,00 man; 3787 kvts x 0,13 man = 492,31 man) cəmi 567,31 manat; 10).xx.xx.2025-ci il tarixli NİM 012864 nömrəli akta əsasən 0,33 kvt x 24 saat (0,7) x 18 gün = 99 kvts x 0,084 man = 8,32 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 19614 kvts itirilmiş elektrik enerjisinin dəyərinin bərpa etmişlər. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktlar ilə rəsmiləşdirilmişdir. İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozaraq, yəni abonent sayğacdan kənar xətdən istifadə etməklə təşkilata 2302,67 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həmin zərəri tam həcmdə ödəməlidir. İddiaçı protokolun ləğvini və artıq sərfiyyata görə hesablanmış cərimənin silinməsini xahiş edir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və protokolun qanunsuz tərtib edildiyini əsaslandıra bilməmişdir. Ona görə də iddia tələbi qanunsuz və əsasız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R258458 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 268833 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 283198 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R 294050 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R 321344 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R 329943 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R 330185 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli R 365379 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli R 402093 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli NİM 012864 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Pərioğullar kəndində yerləşən fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00037 olan İddiaçı Ağcabədi rayonu Pərioğullar kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktlara əsasən ümumilikdə 2302,67 manat məbləğində sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı hal-hazırda Ağcabədi rayonunun Pərioğullar kəndində yaşayır və qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktlara əsasən ümumilikdə 2302,67 manat məbləğində sərfiyyat hesablanmışdır. Akt tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00037 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacdan kənar əlavə xətt vasitəsilə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından xx.xx.2022-ci il tarixdə, xx.xx.2022ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktlara əsasən hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət müvafiq olaraq aktlar üzrə 180, 90, 120, 90, 60, 30, 30, 90, 90 və 18 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 180, 90, 120, 90, 60, 30, 30, 90, 90 və 18 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki: 258458 nömrəli akt üzrə: 0,44 kvt x 24 saat x 30 gün = 316,8 kvts x 0,13 man = 41,18 manat; 268833 nömrəli akt üzrə: 0,88 kvt x 24 saat x 0,7 x 30 gün = 443,52 kvts x 0,13 man = 57,65 manat; 283198 nömrəli akt üzrə: 0,88 kvt x 24 saat 0,7 x 30 gün = 443,52 kvts x 0,13 man = 57,65 manat; 294050 nömrəli akt üzrə: 0,44 kvt x 24 saat x 30 gün = 316,8 kvts x 0,08 = 25,34 manat; 321344 nömrəli akt üzrə: 1,0 kvt x 24 saat 0,7 x 30 gün = 504 kvts x 0,08 man 40,32 manat; 329943 nömrəli akt üzrə: 1,5 kvt x 24 saat 0,7 x 30 gün = 756 kvts x 0,08 man = 60,48 manat; 330185 nömrəli akt üzrə: 1,5 kvt x 24 saat 0,7 x 30 gün = 756 kvts x 0,08 man = 60,48 manat; 365379 nömrəli akt üzrə: 1,55 kvt x 24 saat 0,7 x 30 gün = 781,2 kvts x 0,08 man = 62,49 manat; 402093 nömrəli akt üzrə: 1,55 kvt x 24 saat 0,7 x 30 gün = 781,2 kvts x 0,08 man = 62,49 manat; 012864 nömrəli akt üzrə: 0,33 kvt x 24 saat 0,7 x 18 gün = 99 kvts x 0,084 man = 8,32 manat olmaqla, cəmi 413,91 manat hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00037 olan abunəçiyə xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktlara əsasən cəmi 413,91 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq həmin 10 akt üzrə hesablanmış, cəmi 2302,67 manatın 1888,76 manat (2302,76 manat – 413,91 manat) hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00037 olan abunəçiyə (İddiaçı) xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktlara əsasən hesablanmış 2302,67 manat sərfiyyatın 1888,76 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar