Məhkəmə qərarları › İş №2(017)-286/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-286/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-286/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 Hüseyin qızının, Ərizəçi2, Ərizəçi3 Raqif qızının və Ərizəçi4 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli, 11 saylı qərarına əsasən onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5.40 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 186 saylı, 60805018 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, həmin Dövlət Aktında onun, yəni Ərizəçi1 ata adı Hüseyin olmasına baxmayaraq, səhvən Hüseyn kimi, Ərizəçi2 adı Aqidə olsada, səhvən Aida kimi, Ərizəçi3 adı Tərbiyyə olsada, səhvən Tərbiyə kimi və Ərizəçi4 adı Mehdi əvəzinə səhvən Mehti kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə onların, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 adlarının düzgün qeyd edilməsini, Dövlət Aktında onların adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-186 saylı, 60805018 kod nömrəli Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1951-ci il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olmuş və hazırda Ağcabədi rayonunun Gələbədin kəndində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli, 11 saylı qərarına əsasən onlara, yəni ailə üzvlərinə 5.40 ha torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında onun, yəni Ərizəçi1 ata adı Hüseyin əvəzinə səhvən Hüseyn kimi, qızları – Ərizəçi2 adı Aqidə olsada, səhvən Aida kimi, Ərizəçi3 adı Tərbiyyə olsada, səhvən Tərbiyə kimi və oğlu Ərizəçi4 adı Mehdi əvəzinə səhvən Mehti kimi qeyd edilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ona, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 eyni məzmunlu izahat verərək Ərizəçi1 izahatında göstərdiyi xüsusatları təsdiq etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1951-ci il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olmuş, hazırda Ağcabədi rayonunun Gələbədin kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1978-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Gələbədin kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 02 dekabr 1976-cı il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində anadan olmuş, hazırda da Ağcabədi rayonunun Gələbədin kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxx 1984-cü il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Gələbədin kəndində yaşayır. İş materiallarında olan JN-186 saylı, 60805018 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X3, Ərizəçi1 Hüseyn qızına, X4, X11, X12, X15, X13 və X6 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli, 11 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5,40 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə aid JN-186 nömrəli torpaq sahəsinin Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquqi sahiblərindən Ərizəçi1 Hüseyn qızının ata adının dəyişdirilərək Ərizəçi1 kimi, X1 adı dəyişdirilərək Ərizəçi3 kimi, X7 adı dəyişdirilərək Ərizəçi2 kimi və X14 adı dəyişdirilərək Ərizəçi4 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər Ağcabədi rayonunun Gələbədin kəndində yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş 5.40 hektar torpaq sahəsinə dair Dövlət Aktında ərizəçilər Ərizəçi1 ata adı Hüseyin olmasına baxmayaraq səhvən Hüseyn kimi, Ərizəçi2 adı Aqidə əvəzinə səhvən Aida kimi, Ərizəçi3 adı Tərbiyyə əvəzinə səhvən Tərbiyə kimi və Ərizəçi4 adı Mehdi əvəzinə səhvən Mehti kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli, 11 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2, Ərizəçi1 Hüseyn qızının, X1, X7, X8, X14, X9 və X5 adlarına Ağcabədi rayonunun Gələbədin kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 5,40 hektar torpaq sahəsi ilə əlaqədar 02 iyul 1997-ci il tarixli, 11 saylı qərarı ilə JN-186 saylı, kod 60805018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən Ərizəçi1 Hüseyn qızı qeydinin Ərizəçi1, X16 qeydinin Ərizəçi2, X10 qeydinin Ərizəçi3 və X17 qeydinin Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar