Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-2884/2025 06.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, iddiaçı və iddiaçılar İddiaçı2 Vəliyyəddin oğlu və İddiaçı3 Vəliyyəddin oğlunun nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 Vəliyyəddin oğlu və İddiaçı3 Vəliyyəddin oğlunun cavabdehlər Cavabdeh2 Vəliyyəddin qızı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “mülkiyyət hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 Vəliyyəddin oğlu və İddiaçı3 Vəliyyəddin oğlu cavabdehlər Cavabdeh2 Vəliyyəddin qızı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “mülkiyyət hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçı və iddiaçılar İddiaçı2 Vəliyyəddin oğlu və İddiaçı3 Vəliyyəddin oğlunun nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, mərhum əri X8 ilə xx.xx.1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Birgə nikah dövründə ərinin adına “Lada 21214 URBAN” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanında yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-06301- 083002, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ümumi sahəsi 43,5 kv.m. olan qeyri yaşayış sahəsi əldə etmişlər. Qeyd edilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmiş, lakin vərəsələr arasında mübahisə mövcud olduğuna görə vərəsəlik hüququ haqqında şəhadətnamə şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Mərhum İddiaçı2 Vəliyyəddin oğlunun başqa nikahdan doğulmuş uşağı – hazırkı iş üzrə cavabdeh miras əmlakın bölünməsinə maneə törətmişdir. Miras əmlaklar faktiki olaraq tərəflərindən qəbul edilib istifadələrində olsalar da cavabdeh miras əmlakın bölünməsinə və ondan istifadəyə imkan vermir. Ona görə də birgə nikah dövründə əldə olunmuş və mərhum X3 miras qalmış “Lada 21214 URBAN” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanında yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-06301- 083002, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ümumi sahəsi 43,5 kv.m. olan qeyri yaşayış sahəsi üzərində İddiaçı1 ½ hissədə mülkiyyət hüququnun tanınması, yerdə qalan və miras kütləsinə daxil olan əmlakların ½ hissəsi üzərində birinci növbə vərəsələrin hər birinin ¼ hissədə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Vəkil da iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 Vəliyyəddin qızı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan olunmuş daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-06301-083002, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43,5 kv.m. olan qeyri yaşayış sahəsi X4 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş AD 882528 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lada 21214 URBAN” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Əzizə Mirzə qızı ilə xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş AZ-İİ nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş iddia ərizəsindən və digər işdə olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsələri: arvadı İddiaçı1, uşaqları-İddiaçı2 Vəliyyəddin oğlu, İddiaçı3 Vəliyyəddin oğlu və Cavabdeh2 Vəliyyəddin qızıdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2025-ci il tarixli 1466 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsəlik işi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə notariat ofisinə olunmuş müraciətlə əlaqədar qeyd olunmuşdur ki, Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Lada 21214 URBAN” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanında yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-06301-083002, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ümumi sahəsi 43,5 kv.m. olan qeyri yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 və X6 məxsusdur. X8 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 vərəsəlik işi ilə əlaqədar 9.09.2025-ci il tarixdə notariat ofisinə olunmuş müraciətə baxılmış, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Miras qoyan X4 bərabər pay hüquqlu birinci növbədə vərəsələri arvadı-İddiaçı1, uşaqları-Cavabdeh2 Vəliyyəddin qızı, İddiaçı2 Vəliyyəddin oğlu və İddiaçı3 Vəliyyəddin oğludur. X3 qalmış miras əmlak faktiki olaraq vərəsələri tərəfindən qəbul olunmuş, eyni zamanda vərəsələrdən heç biri mirasın qəbulundan imtina etməmişlər. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras xx.xx.2024-cü il tarixdə açıldığından və mirasla əlaqədar mübahisə həmin tarixdən sonra yarandığından həmin mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vərəsə ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1 və 1151.2-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. “G.Qəhrəmanovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X1 vəfatından sonra vərəsələr İddiaçı1, Cavabdeh2 Vəliyyəddin qızı, İddiaçı2 Vəliyyəddin oğlu və İddiaçı3 Vəliyyəddin oğlu X3 miras qalmış “Lada 21214 URBAN” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil və ünvan 1 ünvanında yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-06301-083002, qeydiyyat tarixi xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən ümumi sahəsi 43,5 kv.m. olan qeyri yaşayış sahəsinin mirasın kütləsinə daxil olan 1/2 hissəsini faktiki qəbul edərək miras əmlakın idarəçiliyini həyata keçirmişlər. Bununla da, həmin vərəsələr miras əmlakı faktiki qəbul etmişlər. Eyni zamanda, həmin vərəsələrdən heç biri qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu 2023-cü il 26 dekabr tarixli Qərarında qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və tərəflərin izahatına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbinə əsasən, “Lada 21214 URBAN” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin və ünvan 1 ünvanında yerləşən (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-06301- 083002, qeydiyyat tarixli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) ümumi sahəsi 43,5 kv.m. olan qeyri yaşayış sahəsinin 1/2 hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmalı; X1 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı1, Cavabdeh2 Vəliyyəddin qızı, İddiaçı2 Vəliyyəddin oğlu və İddiaçı3 Vəliyyəddin oğlunun miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla miras əmlakdan - “Lada 21214 URBAN” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin və ünvan 1 ünvanında yerləşən (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-06301-083002, qeydiyyat tarixli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) ümumi sahəsi 43,5 kv.m. olan qeyri yaşayış sahəsinin mirasın kütləsinə daxil olan 1/2 hissəsindən - İddiaçı1 1/4 pay, Cavabdeh2 Vəliyyəddin qızına 1/4 pay, İddiaçı2 Vəliyyəddin oğluna 1/4 pay və İddiaçı3 Vəliyyəddin oğluna 1/4 pay müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Lada 21214 URBAN” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin və ünvan 1 ünvanında yerləşən (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-06301-083002, qeydiyyat tarixli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) ümumi sahəsi 43,5 kv.m. olan qeyri yaşayış sahəsinin 1/2 hissəsinə İddiaçı1 mülkiyyət hüququ tanınsın; X1 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı1, Cavabdeh2 Vəliyyəddin qızı, İddiaçı2 Vəliyyəddin oğlu və İddiaçı3 Vəliyyəddin oğlunun miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla miras əmlakdan - “Lada 21214 URBAN” minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin və ünvan 1 ünvanında yerləşən (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28-06301-083002, qeydiyyat tarixli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən) ümumi sahəsi 43,5 kv.m. olan qeyri yaşayış sahəsinin mirasın kütləsinə daxil olan 1/2 hissəsindən - İddiaçı1 1/4 pay, Cavabdeh2 Vəliyyəddin qızına 1/4 pay, İddiaçı2 Vəliyyəddin oğluna 1/4 pay və İddiaçı3 Vəliyyəddin oğluna 1/4 pay müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-2884/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-2884/2025
06.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver