Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-289/2023 03.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 Xasay qızının, Ərizəçi2, Qəhrəmanova Bəsti Mənaf qızının, Ərizəçi4, Hüsüyev Tural Mənaf oğlunun və Ərizəçi6 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.11 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 0037 saylı, 60803038 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, həmin Dövlət Aktında onların, yəni Ərizəçi1 soyadı Hüsüyeva olmasına baxmayaraq, səhvən Həsənova kimi, Cahangirova (Hüsüyeva) Gülnarə Mənaf qızının soyadı Cahangirova əvəzinə səhvən qızlıq soyadı ilə, yəni Hüsüyeva, ata adı Mənaf əvəzinə səhvən Manaf kimi, Qəhrəmanova (Hüsüyeva) Bəsti Mənaf qızının adı Bəsti əvəzinə səhvən Bəsdi kimi, ata adı Mənaf əvəzinə səhvən Manaf kimi, Məhərrəmova (Hüsüyeva) Gültəkin Mənaf qızının ata adı Mənaf əvəzinə səhvən Manaf kimi, Ərizəçi5 adı Tural əvəzinə səhvən Turan kimi, ata adı Mənaf əvəzinə səhvən Manaf kimi və Ərizəçi6 ata adı Mənaf əvəzinə səhvən Manaf kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə onların, ad və ata adlarının düzgün qeyd edilməsini, Dövlət Aktında onların ad və ata adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0037 saylı, 60803038 kod nömrəli Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxx 1960-cı il tarixdə Ağcabədi rayonunun Köyük kəndində anadan olmuş və hazırda Ağcabədi rayonunun Hacılar kəndində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarına əsasən onlara, yəni ailə üzvlərinə 3.11 ha torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında onun, yəni Ərizəçi1 soyadı Hüsüyeva olmasına baxmayaraq, səhvən Həsənova kimi, Cahangirova (Hüsüyeva) Gülnarə Mənaf qızının soyadı Cahangirova əvəzinə səhvən qızlıq soyadı ilə, yəni Hüsüyeva, ata adı Mənaf əvəzinə səhvən Manaf kimi, Qəhrəmanova (Hüsüyeva) Bəsti Mənaf qızının adı Bəsti əvəzinə səhvən Bəsdi kimi, ata adı Mənaf əvəzinə səhvən Manaf kimi, Məhərrəmova (Hüsüyeva) Gültəkin Mənaf qızının ata adı Mənaf əvəzinə səhvən Manaf kimi, Ərizəçi5 adı Tural əvəzinə səhvən Turan kimi, ata adı Mənaf əvəzinə səhvən Manaf kimi və Ərizəçi6 ata adı Mənaf əvəzinə səhvən Manaf kimi qeyd edilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 eyni məzmunlu izahat verərək Ərizəçi1 izahatında göstərdiyi xüsusatları təsdiq etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxx 1960-cı il tarixdə Ağcabədi rayonunun Köyük kəndində anadan olmuş, hazırda isə Ağcabədi rayonunun Hacılar kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1980-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, hazırda A.cabədi rayonunun Hacılar kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxx 1983-cü il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Hacılar kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1982-ci il tarixdə Ağcabədi rayonunun Hacılar kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx xxxxxxxx 1985-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Hacılar kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi6 xx xxxx 1988-ci il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Hacılar kəndində yaşayır. İş materiallarında olan JN-0037 saylı, 60803038 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X8, X4, X13, X2, X18 və Ərizəçi6 Manaf oğluna Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.11 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə aid JN-0037 nömrəli torpaq sahəsinin Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquqi sahiblərindən X3 dəyişdirilərək Cahangirova (Hüsüyeva) Gülnarə Mənaf qızı kimi, X9 dəyişdirilərək Qəhrəmanova (Hüsüyeva) Bəsti Mənaf qızı kimi, X1 dəyişdirilərək Məhərrəmova (Hüsüyeva) Gültəkin Mənaf qızı kimi, X14 dəyişdirilərək Ərizəçi5 kimi və Ərizəçi6 Manaf oğlunun dəyişdirilərək Ərizəçi6 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. İş materiallarında olan Ağcabədi rayonunun Boyad kənd soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X19 arasında nikah 04 avqust 1979-cu il tarixdə 20 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. (Nikahdan sonra qadın Hüsüyeva soyadını qəbul etmişdir.) İş materiallarında olan Ağcabədi rayonunun Boyad kənd icra nümayəndəliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X15 arasında nikah 30 iyun 2012-ci il tarixdə 08 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. (Nikahdan sonra qadın Cahangirova soyadını qəbul etmişdir.) İş materiallarında olan Ağcabədi rayonunun Köyük kənd icra nümayəndəliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X20 arasında nikah 17 yanvar 2006-cı il tarixdə 01 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. (Nikahdan sonra qadın Qəhrəmanova soyadını qəbul etmişdir.) İş materiallarında olan Ağcabədi rayonunun Köyük kənd icra nümayəndəliyi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X11 arasında nikah 16 aprel 1903-cü il tarixdə 06 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. (Nikahdan sonra qadın Məhərrəmova soyadını qəbul etmişdir.) Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər Ağcabədi rayonunun Hacılar kəndində yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş 3.11 hektar torpaq sahəsinə dair Dövlət Aktında ərizəçilər Ərizəçi1 soyadı Hüsüyeva olmasına baxmayaraq, səhvən Həsənova kimi, Cahangirova (Hüsüyeva) Gülnarə Mənaf qızının soyadı Cahangirova əvəzinə səhvən qızlıq soyadı ilə, yəni Hüsüyeva, ata adı Mənaf əvəzinə səhvən Manaf kimi, Qəhrəmanova (Hüsüyeva) Bəsti Mənaf qızının adı Bəsti əvəzinə səhvən Bəsdi kimi, ata adı Mənaf əvəzinə səhvən Manaf kimi, Məhərrəmova (Hüsüyeva) Gültəkin Mənaf qızının ata adı Mənaf əvəzinə səhvən Manaf kimi, Ərizəçi5 adı Tural əvəzinə səhvən Turan kimi, ata adı Mənaf əvəzinə səhvən Manaf kimi və Ərizəçi6 ata adı Mənaf əvəzinə səhvən Manaf kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X7, X3, X9, X1, X14 və Ərizəçi6 Manaf oğlunun adlarına Ağcabədi rayonunun Hacılar kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 3,11 hektar torpaq sahəsi ilə əlaqədar 15 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə JN-0037 saylı, kod 60803038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X19 qeydinin Ərizəçi1, X17 qeydinin Ərizəçi2, X21 qeydinin Ərizəçi3, X12 qeydinin Ərizəçi4, X24 qeydinin Ərizəçi5 və Ərizəçi6 Manaf oğlu qeydinin Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-289/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-289/2023
03.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver