Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-290/2025 25.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 02 avqust 2006-cı il təvəllüdlü, “ağır dərəcəli əqli gerilik” diaqnazu ilə İ-ci qrup ömürlük əlil olan oğlu X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, oğlu X5 02 avqust 2006-cı ildə Ağcabədi şəhərində anadan olmuşdur. Oğlu Rüfət anadangəlmə ağır dərəcəli əqli gerilik xəstliyi ilə doğulmuş və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında psixonevroloji kabinetdə qeydiyyata alınmışdır. Rüfətı uşaqlıqdan özü saxlamış və hazırda onun himayəsindədir. Oğlu Rüfətə ağır dərəcəli əqli gerilik xəstəsi olması ilə əlaqədar xx.xx.2024-cü il tarixdən İ-ci qrup ömürlük əlillik təyin edilmişdir. Rüfət öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilməyir. Belə ki, oğlu Rüfət onun köməkliyi olmadan özünü idarə edə, özü qidalana bilməyir. Buna görə də oğlu Rüfətın üzərində qəyyum təyin edilməsi ilə bağlı Maraqlı şəxsnə müraiət etmiş, lakin İcra Hakimiyyəti ona Rüfətın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi çıxarıldıqdan sonra Rüfətın üzərində qəyyum təyin ediləcəyi bildirilmişdir. Hazıra kimi Rüfətın üzərində qəyyumluq təyin edilmədiyindən əlilliyə görə ödənilən sosial müavinatı ala bilmir. Bundan əlavə Rüfətın qəyyumu kimi ona dövlət tərəfindən edilən heç bir yardımı da əldə edə bilmir. Buna görə də 02 avqust 2006-cı il təvvəllüdlü “Keçirilmiş ağır dərəcəli əqli gerilik diaqnozu ilə müddətsiz birinci qrup əlil olan oğlu X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X4 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X1 onun məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktının çıxarışdan görünür ki, X5 “Qulluq və müəalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə müddətsiz İ-ci qrup əlildir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hər tərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 02 avqust 2006-cı il təvəllüdlü, “ağır dərəcəli əqli gerilik” diaqnazu ilə İ-ci qrup ömürlük əlil olan X5 anadangəlmə ağır dərəcəli əqli gerilik xəstliyi ilə doğulmuş, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında psixonevroloji kabinetdə qeydiyyata alınmış və ona “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik xəstəsi olması ilə əlaqədar xx.xx.2024-cü ildən İ-ci qrup ömürlük əlillik təyin edilmişdir. Hazırda da X5 öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. X3 üzərində qəyyum təyin edilmədiyindən ərizəçi-anası Ərizəçi ərizə ilə məhkəməyə müraiət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməklə 02 avqust 2006-cı ildə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 02 avqust 2006-cı ildə anadan olmuş X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 avqust 2006-cı ildə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs 02 avqust 2006-cı ildə anadan olmuş X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-290/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-290/2025
25.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver