Məhkəmə qərarları › İş №2(017)-299/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-299/2023

14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-299/2023 14.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,25 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 158 saylı, 60801004 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, X31, yəni Ərizəçi, ailə üzvlərinin – Mustafayeva (Seyidəliyeva) Xatirə Məhəmməd qızının, Həsənova (Seyidəliyeva) İlhamə Məhəmməd qızının və X1 Seyidəliyev əvəzinə səhvən Seydəliyev kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə onların soyadı Seyidəliyev kimi qeyd olunmasını, Dövlət Aktında onun və ailə üzvlərinin soyadının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-158 saylı, 60801004 kod nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi və ailə üzvlərinə məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, Ağcabədi şəhərində yaşayır. X9 onun doğma bacısıdır. Bacısı Xatirə 1994-cü ilin mart ayında X28 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş və nikahdan sonra Mustafayeva soyadını qəbul etmiş və həmçinin digər bacısı X10 2006-cı ilin dekabr ayında X30 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş və Həsənova soyadını qəbul etmişlər. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2.25 hektar pay torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa Mülkiyyət Hüququna dair JN-158 saylı, 60801004 kod nömrəli Dövlət Aktı verilmişdir. X31 və ailə üzvlərinin soyadı Seyidəliyev olmasına baxmayaraq, səhvən Seydəliyev kimi qeyd edilmişdir. Onlara məxsus bütün digər sənədlərdə onların soyadı Seyidəliyev kimi göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-158 saylı, 60801004 kod nömrəli Dövlət Aktının onlara, yəni Ərizəçi, Mustafayeva (Seyidəliyeva) Xatirə Məhəmməd qızına, Həsənova (Seyidəliyeva) İlhamə Məhəmmd qızına və X11 məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Xocavənd icra nümayəndəliyi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X10 arasında nikah 25 dekabr 2006-cı il tarixdə 27 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadın Həsənova soyadını qəbul etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X9 arasında nikah 25 mart 1994-cü il tarixdə 16 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadın Mustafayeva soyadını qəbul etmişdir. İş materiallarında olan JN-158 saylı, 60801004 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X12, X6, X7 və X14 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,25 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə məktubdan görünür ki, JN- 158 saylı, 60801004 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquq sahiblərindən X8 dəyişdirilərək Ərizəçi kimi, X3 dəyişdirilərək Mustafayeva (Seyidəliyeva) Xatirə Məhəmməd qızı kimi, X4 dəyişdirilərək Həsənova (Seyidəliyeva) İlhamə Məhəmməd qızı kimi və X13 dəyişdirilərək X2 qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Ərizəçi Ağcabədi şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş 2.25 hektar torpaq sahəsinə dair Dövlət Aktında Ərizəçi və ailə üzvlərinin soyadı Seyidəliyev əvəzinə səhvən Seydəliyev kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd Ərizəçi və onun ailə üzvlərinə məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X8, X3, X4 və X13 adlarına Ağcabədi şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 2.25 hektar pay torpaq sahəsi ilə əlaqədar 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN-158 saylı, kod 60801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X18 qeydinin Ərizəçi, X15 qeydinin Mustafayeva (Seyidəliyeva) Xatirə Məhəmməd qızına, X16 qeydinin Həsənova (Seyidəliyeva) İlhamə Məhəmməd qızına və X19 qeydinin X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən :Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar