Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-309/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 Məhiş oğlunun və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Mbariz qızının və Ərizəçi4 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Mbariz qızı və Ərizəçi4 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 saylı qərarına əsasən onlara kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.44 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 153 saylı, 60813018 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, həmin Dövlət Aktında onun, yəni Ərizəçi1 soyadı Mamedov olmasına baxmayaraq, səhvən Məmmədov kimi, ata adı Məhiş əvəzinə səhvən Məhin kimi, arvadı Ərizəçi2 soyadı Əliyeva olmasına baxmayaraq, səhvən Məmmədova kimi, uşaqları – Ərizəçi3 soyadı Əhmədova əvəzinə, səhvən Məmmədova kimi və Ərizəçi4 soyadı Rəhimova əvəzinə səhvən Məmmədova kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə onların, soyadları və ata adı düzgün qeyd edilməsini, Dövlət Aktında onların soyadlarının və ata adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-153 saylı, 60813018 kod nömrəli Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 1965-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş və hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 saylı qərarına əsasən onlara, yəni ailə üzvlərinə 1.44 ha torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin Dövlət aktında onun, yəni Ərizəçi1 soyadı Mamedov əvəzinə səhvən Məmmədov kimi, ata adı Məhiş əvəzinə səhvən Məhin kimi, arvadı Ərizəçi2 soyadı Əliyeva əvəzinə səhvən Məmmədova kimi, qızları – Əhmədova (nikahdan əvvəl Mamedova) Türkan Mübariz qızının soyadı səhvən Məmmədova kimi və Rəhimova (nikahdan əvvəl Mamedova) Təhminə Mübariz qızının soyadı səhvən Məmmədova kimi qeyd edilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ona, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 eyni məzmunlu izahat verərək ərizəçi əri Ərizəçi1 izahatında göstərdiyi xüsusatları təsdiq etdi. Ərizəçilər Ərizəçi3 qızna və Ərizəçi4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçilər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə ərizəçilərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1965-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş, hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1965-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş, hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşaır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxxxx 1993-cü il tarixdə anadan olmuş, hazırda Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxx 1991-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş, hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İş mteriallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünr ki, Ərizəçi1 ilə Ərizəçi2 arasında nikah 24 dekabr 2020-ci il tarixdə 72 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünr ki, X16 ilə X7 arasında nikah 15 may 2012-ci il tarixdə 13 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünr ki, X14 ilə X10 arasında nikah 08 dekabr 2009-cu il tarixdə 36 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan JN-153 saylı, 60813018 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X8, X12, X4 və X2 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,44 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə 05 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə aid JN-153 nömrəli torpaq sahəsinin Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquqi sahiblərindən X5 dəyişdirilərək Ərizəçi1 kimi, X11 dəyişdirilərək Ərizəçi2 kimi, X3 dəyişdirilərək Əhimədova (Mamedova) Türkan Mübariz qızı kimi və X1 dəyişdirilərək Rəhimova (Mamedova) Təhminə Mübariz qızı kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər Ağcabədi rayonunun Xocavənd kəndində yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə verilmiş 1.44 hektar torpaq sahəsinə dair Dövlət Aktında ərizəçilər Ərizəçi1 soyadı Mamedov olsada səhvən Məmmədov kimi, ata adı Məhiş olmasına baxmayaraq səhvən Məhin kimi, Ərizəçi2 soyadı Əliyeva əvəzinə səhvən Məmmədova kimi, Əhmədova (nikahdan əvvəl Mamedova) Türkan Mübariz qızının soyadı səhvən Məmmədova kimi və Rəhimova (nikahdan əvvəl Mamedova) Təhminə Mübariz qızının soyadı səhvən Məmmədova kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 20 sentyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X5, X11, X3 və X1 adlarına Ağcabədi rayonunun Xocavənd kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 1,44 hektar torpaq sahəsi ilə əlaqədar 20 sentyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə JN-153 saylı, kod 60813018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X13 qeydinin Ərizəçi1, X17 qeydinin Ərizəçi2, X9 qeydinin Əhmədova (nikahdan əvvəl Mamedova) Türkan Mübariz qızına və X6 qeydinin Rəhimova (nikahdan əvvəl Mamedova) Təhminə Mübariz qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-309/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-309/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver