Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-311/2023 07.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarına əsasən X18 adına verilmiş fərdi yaşayış evinin tikilməsi üçün 800.2 kv.m həyətyanı torpaq sahəsi barədə A № 261152 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini, lakin həmin Torpaq sahəsinin planı və ölçüsü sənədində Ərizəçi soyadı Sadıqov olmasına baxmayaraq, səhvən Əsədov kimi, X1 Sadıqova əvəzinə səhvən Əsədova kimi, X2 Sadıqov əvəzinə səhvən Əsədov kimi, X4 Sadıqov əvəzinə səhvən Əsədov kimi, Kərimova (nikahdan sonra) Leyla Əli qızının soyadı səhvən Əsədova kimi və X5 Sadıqova əvəzinə səhvən Əsədova kimi göstərilməsini, halbuki bütün sənədlərdə onların soyadı Sadıqov kimi düzgün qeyd edilməsini, Torpaq sahəsinin planı və ölçüsü sənədində onların soyadının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədin onlara, yəni Ərizəçi, X9, X23, X29 Kərimova (nikahdan sonra) Leyla Əli qızına və X30 məxsus olması faktının müəyyən ounması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, Ağcabədi şəhərində yaşayır. O, X10 ilə 25 iyul 1977-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar və Məhluqa onun soyadını, yəni Sadıqova soyadını qəbul etmişdir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarına əsasən ailə üzvlərinə və ona 800.2 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin Torpaq sahəsinin planı və ölçüsü sənədində onun, yəni Ərizəçi soyadı Sadıqov olmasına baxmayaraq, səhvən Əsədov kimi, arvadı X1 səhvən Əsədova kimi, X2 Sadıqov əvəzinə səhvən Əsədov kimi, X4 Sadıqov əvəzinə səhvən Əsədov kimi, Kərimova (nikahdan sonra) Leyla Əli qızının soyadı səhvən Əsədova kimi və X5 Sadıqova əvəzinə səhvən Əsədova kimi qeyd edilmişdir. Ona və ailə üzvlərinə məxsus bütün digər sənədlərdə onların soyadı düzgün göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə verilmiş A №-261152 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin onlara – Ərizəçi, X7, X23, X29, Kərimova(nikahdan sonra) Leyla Əli qızına və X30 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1951-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 15 yanvar 1958-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X36 25 iyun 1984-cü il tarixdə anadan olmuş və hazırda Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi 245 saylı ünvanda yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X42 11 oktyabr 1985-ci il tarixdə anadan olmuş və hazırda Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi 245 saylı ünvanda yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X37 06 may 1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş və hazırda Ağcabədi rayonunun Xocavənd kəndində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X43 13 may 1992-ci il tarixdə anadan olmuş və hazırda Ağcabədi şəhəri, Ş.Qurbanov küçəsi 245 saylı ünvanda yaşayır. İş materiallarında olan Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X11 arasında olan nikah 25 iyul 1977-ci il tarixdə 66 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsünə dair sənədə əlavə olunmuş adlı siyahıdan görünür ki, X24, X12, X31, X38, X32 və X39 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 800.2 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə 05 mart 2022-ci il tarixli məktubdan görünür ki, A261152 nömrəli torpaq sahəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin adlı siyahısında hüquq sahiblərindən X18 dəyişdirilərək Ərizəçi kimi, X17 dəyişdirilərək X3, X44 dəyişdirilərək X13, X46 dəyişdirilərək X15, X45 dəyişdirilərək Kərimova (Sadıqova) Leyla Əli qızı kimi və X47 dəyişdirilərək X16 qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi Sadıqov X20 şəhərində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində ərizəçinin və onun ailə üzvlərinin soyadı Sadıqov əvəzinə səhvən Əsədova kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə verilmiş Torpaq sahəsinin planı və ölçüsü haqqında olan sənəd Ərizəçi və onun ailə üzvləri olan X7, X23, X29, Sadıqova (nikahdan sonra Kərimova) Leyla Əli qızına və X30 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X18, X8, X25, X33, X26 və X34 adlarına Ağcabədi şəhəri ərazisindən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş A №-261152 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindəki X40 qeydinin Ərizəçi, X17 qeydinin X7, X44 qeydinin X23, X46 qeydinin X29, X45 qeydinin Kərimova (nikahdan əvvəl Sadıqova) Leyla Əli qızına və X47 qeydinin X30 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-311/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-311/2023
07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver