Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-314/2023 14.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, ərizəçi Mütəllimova Zənfura Məhəmmədəli qızının iştirakı ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayonunun Şənlik kəndində yaşamasını, mərhum əri X2 Ağcabədi rayonunun Nizami adına kolxozunda 1971-1973-ci illərdə işləməsini, bu barədə Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Ağcabədi rayon Dövlət Arxivi tərəfindən 09 iyul 2021-ci il tarixli, 145 saylı arxiv arayışının verilməsini, həmin arxiv arayışında mərhum əri X2 adı Məmməd olmasına baxmayaraq, Məmməd (Mamed) kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə mərhum ərinin adı Məmməd kimi qeyd olunmasını, Arxiv arayışında mərhum əri Məmmədin adının Məmməd (Mamed) kimi yazılması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Dövlət Arxivinin 09 iyul 2021-ci il tarixli, 145 saylı arxiv arayışının ona, yəni mərhum əri X4 məxsus olması faktının müəyyən ounması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, 28 avqust 1978-ci il tarixdə X6 ilə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşdur. Hazırda o, Ağcabədi rayonunun Şənlik kəndində yaşayır. X8 27 mart 2022-ci il tarixdə vəfat etmişdir. Mərhum əri Məmmədə 1971-1973-cü illərdə Ağcabədi rayonunun Nizami adına kolxozunda işləməsinə dair Arxiv arayışı verilmişdir. Lakin həmin arxiv arayışında əri Məmmdin adı Məmməd (Mamed) kimi qeyd edilmişdir. Mərhum əri Məmmədə məxsus bütün digər sənədlərdə, o cümlədən ölüm haqqında şəhadətnamədə onun adı Məmməd kimi göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 145 saylı arxiv arayışının mərhum ərinə, yəni X4 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Ağcabədi rayon Dövlət Arxivinin müdiri Altun Xəlilov məhkəməyə ərizə göndərərək işlərinin çox olması ilə bağlı nümayəndənin məhkəmə iclasına gələ bilməyəcəyini və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 07 avqust 1954-cü il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş, hazırda isə Ağcabədi rayonunun Şənlik kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv idarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 145 saylı arxiv arayışından görünür ki, Ağcabədi rayonunun Şənlik kənd sakini Mütəllimov Məmməd (Mamed) Cahangir oğlu 1971-1973-cü illərdə Ağcabədi rayonunun Nizami adına kolxozunda işləmişdir. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X6 və X1 arasında nikah 28 avqust 1978-ci il tarixdə 20 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Ağcabədi Regional «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 mart 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Şənlik kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 03 yanvar 2023-cü il tarixli, 600 saylı arayışdan görünür ki, Ağcabədi rayonunun Şənlik kənd sakini Ərizəçi Məhəmmdəli qızının mərhum əri X2 (Nizami k/z) kolxoz sənədlərində adı Mamed kimi yazılmışdır. Əslində hər ikisi eyni şəxsdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Ərizəçi Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş, hazırda isə Ağcabədi rayonunun Şənlik kəndində qeydiyyatda olmaqla yaşayır. Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 145 saylı arxiv arayışında Ərizəçi mərhum əri X2 adı Məmməd əvəzinə səhvən həm Məmməd və həmdə Mamed kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında Ərizəçi mərhum əri X4 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ağcabədi rayon Dövlət Arxivi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, 145 saylı dövlət arxivində göstərilən Mütəllimov Məmməd (Mamed) Cahangir oğlu qeydinin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-314/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-314/2023
14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver