Məhkəmə qərarları › İş №2(017)-317/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-317/2023

17.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-317/2023 17.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 və İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, mərhum əri X1 rayonunun Aşağı Avşar kəndində yaşamış, yaşadığı evin elektrik sayğacı mövcuddur və sayğac mərhum əri X4 adına olmuşdur. Ərinin ölümündən sonra sayğac onun adına qeydə alınmışdır. Təbii qazdan istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi qaza görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan və onlara heç bir məlumat vermədən mərhum ərinin adına akt tərtib etmişlər. Cərimənin bildirişi gələndə xəbəri olmuşdur ki, onlara 518,40 manat cərimə yazılmışdır. Həmin aktda göstərilmişdir ki, guya onlar tərəfindən sayğaca müdaxilə olunmuşdur. Aktın tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmişdir. Guya əri Famil akta imza etməkdən imtina etmişdir. Ona görə də “Azəriqaz” İB X8 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktın ləğv edilməsinə və hesablanmış cərimənin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azəriqaz” İB-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, “Azəriqaz” İB-nin Ağcabədi Xidmət sahəsinin nümayəndələri tərəfindən istehlakçının evində quraşdırılmış sayğacın gövdəsi kənar təsir nəticəsində əzilməsi müəyyən edilmişdir. İstehlakçı akta imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş X8 İstismar İdarəsinin rəisi A.Abasov tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-00800-1 nömrəli aktına əsasən sayğacın gövdəsi kənar təsir nəticəsində əzilməsi müəyyən edilmişdiri. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 4320,8 kub metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin, sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2022-ci il üzrə X4 qazdan istifadə borcu, 2022-ci ilin aprel ayında akt üzrə 518,40 manat məbləğində borcu vardır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Göründüyü kimi iddiaçının sayğacın gövdəsinin kənar təsir nəticəsində əzilməsi aşkar olunduqdan sonra istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən: -Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, yəni 4 x 12 x 90 = 4320 kub.metr x 0,12 manat = 518,40 manat məbləğində hesablanmışdır. Qeyd etmək lazımdır ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Bu da istehlakçının və onun ailəsinin maddi vəziyyətini həddən artıq ağırlaşdırmaqla yanaşı, həmçinin ailəni çətin duruma salmışdır. Aparılmış hesabat istehlakçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsinə adekvat olmamışdır. Ona görə də məhkəmə itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfiyyatının 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün götürülməsini ağlabatan və məntiqli hesab edir. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iş üzrə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mərhum X4 ölümündən sonra sayğac İddiaçı adına qeydə alınmışdır. istehlakçı təbii qazdan istifadə etmiş, lakin vaxtlı-vaxtında da qazdan istifadəyə görə pulunu ödəyə bilməmiş, borcu yaranmışdır. Bu səbəbdən istehlakçı sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etmiş, yoxlama zamanı nəzarətçilər tərəfindən sayğaca müdaxilə aşkar edilərək, istehlakçı barəsində akt tərtib olunmuş, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabat aparılarkən itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün götürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün götürülməlidir. Belə olan halda istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabat: -Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün qəbul edilməklə, yəni 4 x 4 x 30 = 480 kub.metr x 0,12 manat = 57,6 manat məbləğində hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək istehlakçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 518,40 manat borcun 460,80 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 1382,40-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “Azəriqaz” İB X8 İstismar İdarəsinin Ağcabədi Xidmət sahəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında **********00910 nömrəli abonentə (İddiaçı) hesablanmış 518,40 manat borcun 460,80 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar