Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-320/2023 28.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X30, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, A 304999 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ona və ailəsinə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən Ağcabədi şəhəri ərazisindən ona və ailə üzvlərinə (5 nəfər ailə üzvlərinə) 1200 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair A 304999 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəd verilmiş, X31 kitabında uçota alınmışdır. A 304999 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədinin adlı siyahısında onun adı Fəxrəddin əvəzinə Faxrəddin, arvadı-Rəsmiyyənin soyadı Quliyeva əvəzinə Gülmalıyeva, uşaqları-Fərid, Nərmin və Şəkurənin ata adı Fəxrəddin əvəzinə Faxrəddin, həmçinin qızı Şəkurənin adı Sənurə kimi yazılaraq yanlışlığa yol verilmişdir. Bu da torpaq sahəsinin sənədləşdirilməsində bir sıra çətinliklər yaradır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini, A 304999 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədinin adlı siyahısında olan qeydlərin onlara məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan A 304999 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən X10 Ağcabədi şəhəri ərazisindən 1200 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair onun adına A 304999 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəd verilmişdir. İş materiallarında olan adlı siyahının surətindən görünür ki, qeyd edilən adlı siyahıda 5 nəfərin adı, o cümlədən X17, X7, X18, X11 və X3 adları qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və AZ-T 234036 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 15457801 nömrəli şəxsiyyət vəsiqəsinin və AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1965-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 17772607 nömrəli şəxsiyyət vəsiqəsinin və XİV-jq 445395 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1990-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 16978652 nömrəli şəxsiyyət vəsiqəsinin, AZ-İV 801389 nömrəli doğum haqqında və AZ-İ 976577 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1991-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, nikaha daxil olduqdan sonra ona “Hacıyeva” soyadı verilmişdir. İş materiallarında olan AA2913429 nömrəli şəxsiyyət vəsiqəsinin və XİX-jq 338938 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1996-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********49 nömrəli məktubundan görünür ki, torpaq sahəsinə aid A 304999 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin adlı siyahısında hüquq sahiblərindən X8 dəyişdirilərək Ərizəçi, X2 dəyişdirilərək X19, X9 dəyişdirilərək X20, X4 dəyişdirilərək X12 və X3 dəyişdirilərək X1 qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Beləliklə, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən Ağcabədi şəhəri ərazisindən Ərizəçi 1200 kv.metr həyətyanı torpaq sahəsi verilməsi, A 304999 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin adlı siyahısında X17 qeydinin Ərizəçi, X7 qeydinin X14, X18 qeydinin X15, X11 qeydinin X5 və X16 qeydinin X6 məxsus olması ərizəçinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.2-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilə adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, A 304999 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədinin adlı siyahısında X17 qeydinin Ərizəçi, X7 qeydinin X14, X18 qeydinin X15, X11 qeydinin X5 və X16 qeydinin X6 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. A 304999 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin adlı siyahısında X17 qeydinin Ərizəçi, X7 qeydinin X14, X18 qeydinin X15, X11 qeydinin X5 və X16 qeydinin X6 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-320/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-320/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver