Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3230/2025 03.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Aşağı Avşar kəndində məskunlaşıb yaşayır. Həmişə istifadə etdikləri təbii qazın pulu vaxtında ödənmiş və bununla bağlı borc olmamışdır. Hər ayın sonunda nəzarətçi gəlib sayğaca baxış keçirərək bildiriş vermiş, həmin bildiriş əsasında işlənmiş təbii qazın pulu ödənmişdir. Cavabdeh təşkilat onu xx.xx.2023-cü il tarixli akt əsasında 1036,80 manat və xx.xx.2024-cü il tarixli akt əsasında 4510,08 manat məbləğində cərimə etmiş, əsas kimi qaz sayğacına kənar müdaxilə olunduğu göstərilmişdir. Halbuki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Onun sayğaca müdaxiləsi ilə əlaqədar qarşı tərəf məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də iddianın təmin edilərək xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktların ləğv edilməsi, aktlar əsasında hesablanmış 1036,80 manat və 4510,08 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azəriqaz” İB-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin Ağcabədi Xidmət sahəsinin nümayəndələri tərəfindən istehlakçının evində quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. İstehlakçı akta imza etməkdən imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib edilən Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli aktdan görünür ki, istehlakçının evində quraşdırılmış **********7 nömrəli sayğacın növbədənkənar dövlət yoxlaması üçün çıxarılmış və yerinə **********068 nömrəli yeni sayğac quraşdırılmışdır. Sayğacın çıxarılma səbəbi - əvəzetmə kimi qeyd olunmuşdur. İş materiallarında əlavə edilmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin Ağcabədi Xidmət sahəsinin nümayəndələri tərəfindən istehlakçının evində quraşdırılmış sayğaca baxış keçirilən zaman “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. İstehlakçı akta imza etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş X5 İstismar İdarəsinin rəisi A.Muxtarov tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-403-1 nömrəli aktına əsasən G-4 markalı **********7 nömrəli sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 8640 kub.metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin, sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilir. İş materiallarına əlavə edilmiş X5 İstismar İdarəsinin rəisi E.Bayramov tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu müəyyən edilmişdir. İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 37584 kub.metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin, sayğaca görə dəymiş ziyanın ödənilməsinin təmin edilməli olduğu göstərilir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2023-cü il üzrə İddiaçı qazdan istifadə borcu, 2023-cü ilin yanvar ayında akt üzrə 1036,80 manat və 2024cü ilin dekabr ayında akt üzrə 4510,08 manat məbləğində borcu vardır. Göründüyü kimi iddiaçının sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunduqdan sonra istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən: -Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, yəni 4 x 24 x 90 = 8640 kub.metr x 0,12 manat = 1036,80 manat məbləğində hesablanmışdır. Qeyd etmək lazımdır ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün götürülmüşdür. xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə iddiaçının sayğacın “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu nəticəsində deşildiyi aşkar olunduqdan sonra istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən: -Qaz sayğacının nominal qaz sərfi: PQ-3 qaz plitəsinin maksimal satlıq 0,8 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün, kombinin maksimal satlıq 3,0 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün və 2 ədəd QSQ-32 l-lik maksimal satlıq 6,4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün olmaqla, yəni 0,8 x 12 x 360 = 3456 kub.metr, 3,0 x 12 x 180 = 6480 kub.metr, 6,4 x 12 x 360 = 27648 kub.metr, cəmi 37584 kub.m x 0,12 manat = 4510,08 manat məbləğində hesablanmışdır. Qeyd etmək lazımdır ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfi: birinci akt üzrə 4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün, ikinci akt üzrə isə 0,8, 3,0 və 6,4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360, 180 və 360 gün götürülmüşdür. Bu da istehlakçının və onun ailəsinin maddi vəziyyətini həddən artıq ağırlaşdırmaqla yanaşı, həmçinin ailəni çətin duruma salmışdır. Aparılmış hesabat istehlakçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsinə adekvat olmamışdır. Ona görə də məhkəmə itirilmiş qazın bərpası üçün aparılmış hər iki hesabatda istehlakçının hər gün üçün qaz sərfiyyatının birinci akt üzrə 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün, ikinci akt üzrə isə 0,8, 3,0 və 6,4 kub.m, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 30 gün götürülməsini ağlabatan və məntiqli hesab edir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iş üzrə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, istehlakçı təbii qazdan istifadə etmiş, lakin vaxtlı-vaxtında da qazdan istifadəyə görə pulunu ödəyə bilməmiş, borcu yaranmışdır. Bu səbəbdən istehlakçı sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etmiş, yoxlama zamanı nəzarətçilər tərəfindən sayğaca müdaxilə aşkar edilərək, istehlakçı barəsində akt tərtib olunmuş, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabat aparılarkən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün və xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə itirilmiş qaz sərfi: PQ-3 qaz plitəsinin maksimal satlıq 0,8 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün, kombinin maksimal satlıq 3,0 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 180 gün və 2 ədəd QSQ-32 l-lik maksimal satlıq 6,4 kub.m/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 360 gün götürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli və xx.xx.2024-cü il tarixdə ******* nömrəli aktlar əsasında itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün götürülməlidir. Belə olan halda istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabat: xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün qəbul edilməklə, yəni 4 x 4 x 30 = 480 kub.metr x 0,12 manat = 57,60 manat məbləğində hesablanmalıdır. xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə qaz sayğacının nominal qaz sərfi: 0,8 x 10 x 30 = 240 kub.metr, 3,0 x 10 x 30 = 900 kub.metr, 6,4 x 10 x 30 = 1920 kub.metr, cəmi 3060 kub.m x 0,12 manat = 367,20 manat məbləğində hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək istehlakçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar əsasında **********02880 nömrəli abonentə (İddiaçı) hesablanmış 1036,80 manat borcun 979,20 manat hissəsi və 4510,08 manat borcun 4142,88 manat hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB X5 İstismar İdarəsinin Ağcabədi Xidmət sahəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar əsasında **********02880 nömrəli abonentə (İddiaçı) hesablanmış 1036,80 manat borcun 979,20 manat hissəsi və 4510,08 manat borcun 4142,88 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-3230/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3230/2025
03.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver