Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3326/2025 09.02.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Həmişə istifadə etdikləri təbii qazın pulu vaxtında ödənmiş və bununla bağlı borc olmamışdır. Hər ayın sonunda nəzarətçi gəlib sayğaca baxış keçirərək bildiriş vermiş, həmin bildiriş əsasında işlənmiş təbii qazın pulu ödənmişdir. Cavabdeh təşkilat 26 dekabr 2024-cü il tarixli akt əsasında onu qaz sayğacı ilə bağlı 1076,60 manat məbləğində cərimə etmiş, əsas kimi qaz sayğacına kənar müdaxilə olunduğu göstərilmişdir. Halbuki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Onun sayğaca müdaxiləsi ilə əlaqədar qarşı tərəf məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də iddianın təmin edilərək 26 dekabr 2024-cü il tarixli, 010061 nömrəli aktın ləğv edilməsi, akt əsasında hesablanmış 1076,60 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddiaya qarşı etirazını bildirərək izahatında göstərdi ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sayğacın 1-ci giriş yuvasına əlavə xətt sayğacın ayrıcısının girişinə verib, bu səbəbdən də sayğac dövriyyədən kənarlaşdırılıb, sayğac keçən yükü qeyd etmədiyi aşkar olunmuşdur. Bu isə “EEİQ”-nın 8.17-ci, həmçinin “EQQQ”-nin İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Nəticədə elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli NİM 010061 nömrəli akt tərtib edilərək 3.5 kvt x 24 saat x 150 gün x 0,7 = 8820 kvts Tarif (1000 kvts x 0,08 man = 80,00 man; Tarif 500 kvts x 0,09 man = 45 man; Tarif 7320 kvts x 0,13 man = 951,60 man; cəmi 1076,60 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 8820 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmişlər. Ona görə də mövcud qaydaların tələblərinə uyğun akt tərtib edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı " xx.xx.2024-cü il tarixli 010061 nömrəli aktın ləğv edilməsinə və borcun silinməsinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə də tərtib edilmiş NİM 010061 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********08554 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacın 1-ci giriş yuvasına əlavə xətt sayğacın ayrıcısının girişinə verib, bu səbəbdən də sayğac dövriyyədən kənarlaşdırılıb, sayğac keçən yükü qeyd etmədiyi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********08554 olan İddiaçı Ağcabədi şəhərində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona NİM 010061 nömrəli akta əsasən 1076,60 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən NİM 010061 nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********08554 olan abunəçinin sayğacının yoxlaması zamanı sayğacdan kənar xətt vasitəsi ilə elektrik şəbəkəsinə qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırda İddiaçı yaşadığı fərdi yaşayış evinin sayğacına tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 010061 nömrəli akt əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət 150 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 150 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 50 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. 3,5kvst x 24 saat x 50 gün x 0,7 = 2940 kvts, 200 kvst x 0,08 manat = 16,00 man, 100 kvst x 0,09 manat = 9,00 manat, 2640 kvst x 0,13 manat = 343,2 manat. Cəmi 368,2 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********08554 olan abunəçiyə xx.xx.2024-cü il tarixli 010061 nömrəli akta əsasən 368,2 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq hesablanmış 1076,60 manatın 708,40 manat (1076,40 – 708,40= 368,2) hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********08554 olan abunəçiyə (İddiaçı) xx.xx.2024-cü il tarixli NİM 010061 nömrəli akta əsasən hesablanmış 1076,60 manat sərfiyyatın 708,40 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-3326/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3326/2025
09.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver