Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-334/2023 27.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, ərizəçi və digər ərizəçi Ərizəçi2 və Ərizəçi3 Qurban oğlunun nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarına əsasən X2 adına verilmiş fərdi yaşayış evinin tikilməsi üçün 1200.85 kv.m həyətyanı torpaq sahəsi barədə A № 305763 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini, lakin həmin Torpaq sahəsinin planı və ölçüsü sənədində Ərizəçi1 soyadı Məmmədov olmasına baxmayaraq, səhvən Mamedov kimi, Ərizəçi2 soyadı Məmmədova əvəzinə səhvən Mamedova, adı Mulxusə əvəzinə səhvən Məlahət kimi, ata adı isə Qara olmasına baxmayaraq, həmin sənəddə göstərilməməsini, halbuki bütün sənədlərdə onların soyadı, adı və ata adının düzgün qeyd edilməsini, Ərizəçi3 soyadı Mamedova, Torpaq sahəsinin planı və ölçüsü sənədində onların soyadı, adı və ata adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədin onlara, yəni Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən ounması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında ərizəçi və digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, onlar Ağcabədi şəhərində yaşayırlar. O, X6 ilə 30 oktyabr 1980-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar və Mulxusə onun soyadını, yəni Məmmədova soyadını qəbul etmişdir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarına əsasən ailə üzvlərinə və ona 1200.85 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin Torpaq sahəsinin planı və ölçüsü sənədində onun, yəni Ərizəçi1 soyadı Məmmədov olmasına baxmayaraq, səhvən Mamedov kimi, arvadı Ərizəçi2 soyadı səhvən Mamedova, adı Mulxusə əvəzinə səhvən Məlahət kimi, ata adı Qara olmasına baxmayaraq, həmin sənəddə qeyd edilməmiş və oğlu Ərizəçi3 soyadı Məmmədov əvəzinə səhvən Mamedov kimi qeyd edilmişdir. Ona və ailə üzvlərinə məxsus bütün digər sənədlərdə onların, soyadı, adı və ata adı düzgün göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006cı il tarixli, 02 saylı qərarı ilə verilmiş A №-305763 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin onlara – Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahat verərək göstərdi ki, Ərizəçi1 onun doğma qardaşıdır. Qardaşı Qurbanın və onun ailə üzvlərinin soyadı həqiqətən də Məmmədovdur. Qardaşı arvadı Mulxusənin adı həmin sənəddə el arasında çağrılan kimi, yəni Məlahət kimi göstərilmiş, lakin Mulxusənin ata adı Qara olmasına baxmayaraq həmin sənəddə ata adı göstərilməmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1956-cı il tarixdə ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxxx 1962-ci il tarixdə ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 14 avqust 1981-ci il tarixdə anadan olmuş və hazırda Ağcabədi şəhəri, Ş.Hüseynov küçəsi 314 saylı ünvanda yaşayır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X6 arasında olan nikah 30 oktyabr 1980-ci il tarixdə 177 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsünə dair sənədə əlavə olunmuş adlı siyahıdan görünür ki, X7, Mamedova Məlahətə və X4 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 1200.85 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə 21 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, A305763 nömrəli torpaq sahəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin adlı siyahısında hüquq sahiblərindən X2 dəyişdirilərək Ərizəçi1 kimi, Mamedova Məlahətin dəyişdirilərək Ərizəçi2 kimi və X1 dəyişdirilərək Ərizəçi3 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Məmmədov X5 şəhərində yaşayırlar. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində ərizəçilərin soyadı Məmmədov əvəzinə səhvən Mamedov kimi, Mulxusənin adı səhvən Məlahət kimi, ata adı Qara olmasına baxmayaraq sənəddə göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə verilmiş Torpaq sahəsinin planı və ölçüsü haqqında olan sənəd ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X2, Mamedova Məlahət və X1 adlarına Ağcabədi şəhəri ərazisindən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş A №-305763 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindəki X9 qeydinin Ərizəçi1, Mamedova Məlahət qeydinin Ərizəçi2 və X8 qeydinin Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-334/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-334/2023
27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver