Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-3372/2025 18.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın, protokolun ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsini araşdırıb, Müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı aktın, protokolun ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tərtər X2 İdarəsi tərəfindən tərtib edilmiş cərimə protokolun ləğv edilməsi və 216 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, onlar geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçının qeydiyyat ünvanı ünvan 1yabr 2025-ci il tarixli Laçın rayon İcra Hakimiyyəti Qarakeçdi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, iddiaçı Laçın rayonunun Qarakeçdi kəndində daimi qeydiyyatda olmaqla hazırda məcburi köçkün kimi Ağcabədi rayonu, Ağ göl ərazisində (ferma) müvəqqəti məskunlaşmışdır. İddiaçı qeydiyyatda olduğu ünvanının olduğu yerə görə verilməli olduğu halda iddiaçı hazırda yaşadığı yer üzrə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərisəsi qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qərardad ləğv edildikdə, iddia ərəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı aktın, protokolun ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdehnə qarşı aktın, protokolun ləğv edilməsi və hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmadığı üçün iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-3372/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-3372/2025
18.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver