Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-3381/2025 25.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Barışıq sazişinin təsdiq edilməsi tələbinə dair Ərizəçi ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı– 21 oktyabr 2013-cü tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 250 manat alimentin ödənilməsi ilə bağlı Maraqlı şəxs ilə aralarında bağlanmış MŞA/MT047- 2025-0050, № ******* saylı barışıq sazişinin təsdiq olunması və məcburi icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarında yaranmış narazılıqlara görə uzun müddətdir ki, ayrılmışlar. Birgə nikahlarından 21 oktyabr 2013-cü tarixdə anadan olmuş X4 onun yanında yaşayır. O, uşağın saxlanılmasında çətinlik çəkir və heç bir yerdə işləmir. 21 oktyabr 2013-cü tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 250 manat alimentin ödənilməsi ilə bağlı Maraqlı şəxs ilə aralarında MŞA/MT047-2025-0050, № ******* saylı barışıq sazişi bağlanmışdır. Lakin, sazişin imzalanmasından bir ilə yaxın vaxt keçməsinə baxmayaraq Maraqlı şəxs “Barışıq sazişi”ni könüllü şəkildə icra etməmişdir. Ona görə də Maraqlı şəxs ilə aralarında bağlanmış MŞA/MT047-2025-0050, № ******* saylı barışıq sazişinin təsdiq olunması və məcburi icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş Ərizəçi və Maraqlı şəxs məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Ərizəçi və Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan MŞA/MT047-2025-0050, № ******* saylı barışıq sazişindən görünür ki, saziş imzalandıqdan sonra Maraqlı şəxs 21 oktyabr 2013-cü tarixdə anadan olmuş X4 adlı bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat aliment ödəməsini öhdəsinə götürmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş bağlanarkən digər şəxslərin hüquqlarına toxunmamışdır. Hazırda da, Maraqlı şəxs barışıq sazişi üzrə razılaşdırılmış alimenti ödəmədiyindən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞA/MT047-2025-0050, № ******* saylı barışıq sazişinin 5.1-ci bəndinin“ikinci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından 21 oktyabr 2013-cü tarixdə anadan olmuş X1 üçün 250 manat aliment ödəməyə razılaşır və həmin 250 manat alimenti mart ayının 25-dən başlayaraq hər ayın 25-i birinci tərəfin ona təqdim etdiyi bank hesabına ödəməyi öhdəsinə götürür” hissəsi və 5.2-ci bəndinin “birinci tərəf Ərizəçi Maraqlı şəxs tərəflərin birgə nikahından 21 oktyabr 2013-cü tarixdə anadan olmuş X1 üçün 250 manat aliment ödəmək təklifini qıbul edir və həmin alimenti mart ayının 25-dən başlayaraq hər ayın 25-i birinci tərəfin ona təqdim etdiyi bank hesabına ödəməsi ilə razılaşır və həmin alimenti qəbul etməyi öhdəsinə götürür” hissəsi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞA/MT047-2025-0050, № ******* saylı barışıq sazişinin 5.1-ci bəndinin“ikinci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahından 21 oktyabr 2013-cü tarixdə anadan olmuş X1 üçün 250 manat aliment ödəməyə razılaşır və həmin 250 manat alimenti mart ayının 25-dən başlayaraq hər ayın 25-i birinci tərəfin ona təqdim etdiyi bank hesabına ödəməyi öhdəsinə götürür” hissəsi və 5.2-ci bəndinin “birinci tərəf Ərizəçi Maraqlı şəxs tərəflərin birgə nikahından 21 oktyabr 2013-cü tarixdə anadan olmuş X1 üçün 250 manat aliment ödəmək təklifini qıbul edir və həmin alimenti mart ayının 25-dən başlayaraq hər ayın 25-i birinci tərəfin ona təqdim etdiyi bank hesabına ödəməsi ilə razılaşır və həmin alimenti qəbul etməyi öhdəsinə götürür” hissəsi təsdiq edilsin. Barışıq sazişinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-3381/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-3381/2025
25.12.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver