Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-339/2023 28.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,55 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 0006 saylı, 60813038 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, X1 Həsənova olmasına baxmayaraq, səhvən Hüseynova kimi qeyd olunmasını, Dövlət Aktında onun soyadının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0006 saylı, 60813038 kod nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 1960-cı il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş və hazırda Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2.55 hektar pay torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa Mülkiyyət Hüququna dair JN-0006 saylı, 60813038 kod nömrəli Dövlət Aktı verilmişdir. X1 Həsənova olmasına baxmayaraq, səhvən Hüseynova kimi qeyd edilmişdir. Ona məxsus bütün digər sənədlərdə onun soyadı Həsənova kimi göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0006 saylı, 60813038 kod nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 izahat verərək göstərdi ki, Ərizəçi onun arvadıdır. O, Simuzər ilə 1987-ci ili naprel ayında rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Onun arvadı Simuzər ailə qurduqdan sonra öz qızlıq soyadında qalmışdır. Simuzərin soyadı X19 əvəzinə səhvən Hüseynova kimi qeyd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1960-cı il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş, hazırda isə Ağcabədi rayonunun Aşağı Avşar kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə Ərizəçi arasında nikah 27 aprel 1987-ci il tarixdə 34 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Ağcabədi RİHB-nın Aşağı Avşar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli, 343 saylı arayışdan görünür ki, Ərizəçi soyadı texniki səhv nəticəsində JN 0006 saylı, 60813038 kod nömrəli Dövlət aktında Hüseynova kimi göstərilmişdir. İş materiallarında olan JN-0006 saylı, 60813038 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X10, X3, X5, X14, X11 və X15 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,55 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 26 avqust 2022-ci il tarixli mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə məktubdan görünür ki, JN- 0006 saylı, 60813038 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquq sahiblərindən X2 dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ərizəçi Həsənova X9 rayonunun Aşağı Avşar kəndində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə verilmiş 2.55 hektar torpaq sahəsinə dair Dövlət Aktında Ərizəçi soyadı Həsənova əvəzinə səhvən Hüseynova kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 17 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd Ərizəçi məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X6, X2, X4, X12, X7 və X13 adlarına Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 2.55 hektar pay torpaq sahəsi ilə əlaqədar 18 noyabr 1997-ci il tarixli, 17 nömrəli qərarı ilə JN-0006 saylı, kod 60813038 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X8 qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-339/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-339/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver