Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-354/2023 28.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarına əsasən X13 adına verilmiş fərdi yaşayış evinin tikilməsi üçün 1055.23 kv.m həyətyanı torpaq sahəsi barədə A № 292545 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini, lakin həmin Torpaq sahəsinin planı və ölçüsü sənədində onun, yəni Ərizəçi adı Seyidməhəmməd olmasına baxmayaraq, səhvən Seyid Məhəmməd kimi, Fətullayev Seyid-Rza Seyidməhəmməd oğlunun adı Seyid-Rza əvəzinə səhvən Seyidrza kimi və X5 adı Aygül əvəzinə səhvən Aygün kimi göstərilməsini, halbuki bütün sənədlərdə onların adılarının düzgün qeyd edilməsini, Torpaq sahəsinin planı və ölçüsü sənədində onların adlarının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədin onlara, yəni Ərizəçi, Fətullayev Seyid-Rza Seyidməhəmməd oğluna və X9 məxsus olması faktının müəyyən ounması barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, Ağcabədi şəhərində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarına əsasən ailə üzvlərinə və ona 1055.23 kv.m fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin Torpaq sahəsinin planı və ölçüsü sənədində onun, yəni Ərizəçi adı Seyidməhəmməd olmasına baxmayaraq, səhvən Seyid Məhəmməd kimi, Fətullayev Seyid-Rza Seyidməhəmməd oğlunun adı Seyid-Rza əvəzinə səhvən Seyidrza kimi və X5 adı Aygül əvəzinə səhvən Aygün kimi qeyd edilmişdir. Ona və ailə üzvlərinə məxsus bütün digər sənədlərdə onların adı düzgün göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə verilmiş A №- 292545 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin onlara - Ərizəçi, Fətullayev Seyid-Rza Seyidməhəmməd oğluna və X9 aid olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1964-cü il tarixdə ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Fətullayev Seyid-Rza Seyidməhəmməd oğlu 02 yanvar 1996-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş və hazırda Ağcabədi şəhərində yaşayır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 11 sentyabr 2000-ci il tarixdə ünvan 2 ünvanda yaşayır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsünə dair sənədə əlavə olunmuş adlı siyahıdan görünür ki, X17, X3, X10, X18, X6 və X11 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 1055.23 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli məktubdan görünür ki, A 292545 nömrəli torpaq sahəsinin «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin adlı siyahısında hüquq sahiblərindən X7 dəyişdirilərək X1 qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Ərizəçi Ağcabədi şəhərində yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində ərizəçinin və onun ailə üzvlərinin adları səhv göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 saylı qərarı ilə verilmiş Torpaq sahəsinin planı və ölçüsü haqqında olan sənəd Ərizəçi və onun ailə üzvləri olan Fətullayev Seyid-Rza Seyidməhəmməd oğluna və X9 məxsus olması ilə bağı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X13, X2, X8, X15, X4 və X7 adlarına Ağcabədi şəhəri ərazisindən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə verilmiş A №- 292545 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindəki X19 qeydinin Ərizəçi, X12 qeydinin Fətullayev Seyid-Rza Seyidməhəmməd oğluna və X16 qeydinin X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən :Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-354/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-354/2023
28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver