Məhkəmə qərarları › İş №2(017)-364/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-364/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-364/2023 23.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,72 hektar pay torpaq sahəsinin verilməsini, bu barədə JN 0079 saylı, 60801004 kodla Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının verilməsini, X38, yəni Ərizəçi soyadı Hümbətalıyev olmasına baxmayaraq, səhvən Hümbətəliyev kimi, adı Əhiya əvəzinə səhvən Əhya kimi, ata adı Hümbətalı əvəzinə səhvən Hümbətəli kimi, ailə üzvlərinin – arvadı Hümbətalıyeva (Salmanova) Heyran Alı qızının soyadı səhvən Soltanova kimi, X1 Hümbətalıyeva əvəzinə səhvən Hümbətəliyeva kimi, ata adı Əhiya əvəzinə səhvən Əhya kimi, Salmanova (nikahdan əvvəl Hümbətalıyeva) Nuranə Əhiya qızının soyadı səhvən Hümbətəliyeva kimi, ata adı Əhiya əvəzinə səhvən Əhya kimi və X2 Hümbətalıyev olmasına baxmayaraq, səhvən Hümbətəliyev kimi, ata adı Əhiya əvəzinə səhvən Əhya kimi qeyd edilməsini, halbuki bütün sənədlərdə onların soyadı Hümbətalıyev, ata adı Əhiya kimi qeyd olunmasını, Dövlət Aktında onun və ailə üzvlərinin soyadının və ata adının düzgün yazılmaması mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsində çətinlik yaratmasını göstərib, məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədin, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0079 saylı, 60801004 kod nömrəli Dövlət Aktının ona, yəni Ərizəçi və ailə üzvlərinə məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, Ağcabədi şəhərində yaşayır. Hümbətalıyeva (nikahdan əvvəl Salmanova) Heyran Alı qızı ilə 1986-cı ilin yanvar ayında rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş və Heyran Hümbətalıyeva soyadını qəbul etmişdir. X6 ilə X27 da 2005-ci ilin noyabr ayında rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş və Nuranə Salmanova soyadını qəbul etmişdir. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarına əsasən ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2.72 hektar pay torpaq sahəsi verilmiş və həmin qərara əsasən onlara Torpağa Mülkiyyət Hüququna dair JN-0079 saylı, 60801004 kod nömrəli Dövlət Aktı verilmişdir. X38 və ailə üzvlərinin soyadı Hümbətalıyev olmasına baxmayaraq, səhvən Hümbətəliyev kimi və ata adı Əhiya əvəzinə səhvən Əhya kimi qeyd edilmişdir. Onlara məxsus bütün digər sənədlərdə onların soyadı Hümbətalıyeva, ata adı Əhiya kimi göstərilmişdir. Məhkəmədən ərizənin təmin edilməkə, hüquq müəyyənedici sənədi, yəni Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0079 saylı, 60801004 kod nömrəli Dövlət Aktının onlara, yəni Ərizəçi, Hümbətalıyeva (Salmanova) Heyran Alı qızına, X13, Salmanova (Hümbətalıyeva) Nuranə Əhiya qızına və X19 məxsus olması faktının müəyyən ounmasına dair məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X32 izahat verərək göstərdi ki, Ərizəçi onun həm qohumu və həm də yaxın qonşusudur. Qonşusu Əhiyanın həqiqətən də soyadı Hümbətalıyev, adı Əhiya və ata adı isə Hümbətalıdır. Lakin JN-0079 saylı, 60801004 kod nömrəli X45 və onun ailə üzvlərinin soyadı, adı və ata adı düzgün yazılmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1958-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Ağcabədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X39 arasında nikah 09 yanvar 1986-cı il tarixdə 08 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadın Hümbətalıyeva soyadını qəbul etmişdir. İş materiallarında olan Ağcabədi rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X18 arasında nikah 09 noyabr 2005-ci il tarixdə 249 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra qadın Salmanova soyadını qəbul etmişdir. İş materiallarında olan JN-0079 saylı, 60801004 kod nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, X9, X34, X20, X14 və X22 Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,72 hektar pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi barədə məktubdan görünür ki, JN-0079 saylı, 60801004 kod nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı sənədində hüquq sahiblərindən X8 dəyişdirilərək Ərizəçi kimi, X29 dəyişdirilərək Hümbətalıyeva (Salmanova) Heyran Alı qızı kimi, X15 dəyişdirilərək X7, X11 dəyişdirilərək Salmanova (Hümbətalıyeva) Nuranə Əhiya qızı kimi və X21 dəyişdirilərək X41 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və qeyd olunan uyğunsuzluq faktının təsdiqlənməsi məqsədi ilə müvafiq məhkəmə instansiyasına müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan 02 dekabr 2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən verilmiş JN 0079 saylı, 60801004 kod nömrəli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı sənədinin adlı siyahısında texniki səhv olaraq Ərizəçi soyadı, adı və ata adı səhvən X4, (Salmanova) X3 səhvən Soltanova kimi, X1 səhvən Hümbətəliyeva, ata adı Əhya kimi, (Hümbətalıyeva) X5 Hümbətəliyeva, ata adı Əhya kimi və X2 səhvən Hümbətəliyev, ata adı isə Əhya kimi yazılmışdır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində göstərilir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Ərizəçi Ağcabədi şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş 2.72 hektar torpaq sahəsinə dair Dövlət Aktında Ərizəçi və ailə üzvlərinin soyadı Hümbətalıyeva əvəzinə səhvən Hümbətəliyev kimi, ata adı Əhiya əvəzinə səhvən Əhya kimi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə verilmiş torpaq sahəsi haqqında olan sənəd Ərizəçi və onun ailə üzvlərinə məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220 və 307-311-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X8, X29, X15, X11 və X21 adlarına Ağcabədi şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 2.72 hektar pay torpaq sahəsi ilə əlaqədar 30 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə JN- 0079 saylı, kod 60801004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən X16 qeydinin Ərizəçi, X40 qeydinin Hümbətalıyeva (Salmanova) Heyran Alı qızına, X28 qeydinin X13, X25 qeydinin Salmanova (Hümbətalıyeva) Nuranə Əhiya qızına və X30 qeydinin X19 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar