Məhkəmə qərarları › İş №2(017)-377/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-377/2023

16.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-377/2023 16.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək JN 427 kod 60806018 nömrəli dövlət aktının ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair JN 427 kod 60806018 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə (6 nəfərdən ibarət ailə üzvlərinə) Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisindən 2,53 ha torpaq sahəsi verilmişdir. Həmin torpağa dair adlarına JN 427 kod 60806018 nömrəli dövlət aktı verilmişdir. Həmin Dövlət aktında texniki səhv olaraq hüquq sahiblərindən onun adı “X3” əvəzinə “X4” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Müəyyən sənədləşmə işlərinin aparılmasında müəyyən çətinliklərlə qarşılaşır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Ərizəçi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 427 kod 60806018 nömrəli Dövlət aktında mülkiyyətçi kimi 6 nəfərin adı, o cümlədən X2 adı yazılmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin və AZ-İİ 431954 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1980-cı il tarixdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, nikaha daxil olduqdan sonra ona “Mövlayeva” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 307 nömrəli arayışdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 427 kod 60806018 nömrəli Dövlət aktında Ərizəçi adı texniki səhv olaraq X1 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-cü il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 427 kod 60806018 nömrəli dövlət aktı sənədində hüquq sahiblərindən X2 dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Beləliklə, torpağa mülkiyyət hüququna dair JN 427 kod 60806018 nömrəli Dövlət aktının 6 nəfərə, o cümlədən Ərizəçi məxsus olması ərizəçinin ərizəsi, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağa mülkiyyət hüququna dair JN 427 kod 60806018 nömrəli Dövlət aktının 6 nəfərə, o cümlədən Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 427 kod 60806018 nömrəli Dövlət aktının 6 nəfərə, o cümlədən Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar